Əliyar Ağayev Mahir Emrelinin matçına təyinat alıb

Əliyar Ağayev Mahir Emrelinin matçına təyinat alıb

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

QELEBE.AZ xəbər verir ki, Ağayev Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində millimizin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi "Rakuv"un "Hayduk"la matçına baş hakim olaraq təyinat alıb.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim Kamal Umudlu olacaq. VAR-da Piter Benks (İngiltərə) və İnqilab Məmmədov çalışacaqlar.

Qeyd edək ki, "Rakuv" – "Hayduk" qarşılaşması avqustun 27-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.