"Qarabağ" azarkeşlərinə 1500 yer ayrılıb
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) ilə səfər oyunu üçün "Qarabağ" azarkeşlərinə 1500 yer ayrılıb.
QELEBE.AZ xəbər verir ki, bunu Azərbaycan təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Matçın vauçerləri bu gün, saat 17:00-dan etibarən satışa çıxarılacaq.
Vauçerləri "İticket.az" saytından onlayn şəkildə əldə etmək mümkündür.
Biletlərin qiyməti 45 manat təşkil edir. Vauçerlər əldə olunduqdan sonra biletlər oyun gününədək alıcının e-poçt ünvanına göndəriləcək. Stadiona giriş yalnız biletlə mümkün olacaq və azarkeşlərin üzərlərində şəxsiyyəti təsdiq edən sənəd olmalıdır.
"FC Twente Stadion"da Azərbaycan təmsilçisinin azarkeşləri 325 və 326-cı sektorlara "Gate X" girişindən daxil olacaqlar.
Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.

https://qalaba.az//uploads/photo/quotqarabagquot-azarkeshlerine-1500-yer-ayrilib.webp