Paraqvay millisinin üzvü İngiltərə klubunda
“İpsviç” “Strasburq”un hücumameyilli yarımmüdafiəçisi Xulio Ensisonu heyətinə qatıb.
QELEBE.AZ xəbər verir ki, 22 yaşlı futbolçu İngiltərə klubu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.
“Strasburq” bu transferdən bonuslar da daxil olmaqla, ümumilikdə 30 milyon avroya qədər gəlir əldə edə bilər.
Qeyd edək ki, Ensiso Liqa 1-də 27 oyunda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2026-cı il dünya çempionatında Paraqvay millisinin heyətində 5 matçda 1 qol və 2 məhsuldar ötürmə edib.

https://qalaba.az//uploads/photo/paraqvay-millisinin-uzvu-ingiltere-klubunda.webp