"Neftçi"nin hücumçusu komandaya qoşulur - GƏLƏN HƏFTƏ
"Neftçi"nin hücumçusu Bassala Sambunun durumuna aydınlıq gəlib.
"Apasport"un əldə etdiyi məlumata görə, zədəsini sağaldan forvard bərpa dövrünə start verib.
İngiltərəli artıq fərdi çalışmalara başlayıb. Onun növbəti həftədən komanda ilə məşqlərə qoşulması gözlənilir.
Bu isə o deməkdir ki, Sambu komandanın "Araz-Naxçıvan"la görüşünü də buraxacaq.
Qeyd edək ki, Bassala ötən mövsüm vurduğu 11 qolla "Neftçi"nin bombardiri olub.

https://qalaba.az//uploads/photo/quotneftchiquotnin-hucumchusu-komandaya-qoshulur-gelen-hefte.webp