"Sabah"ın matçına 15 min BİLET SATILIB
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva) oyununa 15 min bilet satılıb.
Apasport.az xəbər verir ki, bunu Bakı təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

https://qalaba.az//uploads/photo/quotsabahquotin-matchina-15-min-bilet-satilib.webp