Malkom “Əl-Hilal”dan ayrılıb
Braziliyalı vinger Malkom “Əl-Hilal”ı tərk edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ər-Riyad təmsilçisi 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb.
Qeyd edək ki, Malkom ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 33 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə edib.

https://qalaba.az//uploads/photo/malkom-el-hilaldan-ayrilib.webp