AVRO-2026: Belçika və Niderlanddan qələbə

AVRO-2026: Belçika və Niderlanddan qələbə

Azərbaycanın ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatında C qrupunun ikinci gününün oyunları keçirilib.

QELEBE.AZ xəbər verir ki, Milli Gimnastika Arenasında ilk olaraq Belçika və İspaniya yığmaları üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Belçika 3:2 hesabı ilə qalib gəlib.

Digər oyunda Rumıniya və Niderland komandaları qarşılaşıb. Bu görüş də tay-breykə qədər davam edib. Niderland 3:2 hesablı qələbə qazanıb.

Beləliklə, iki turun ardından Azərbaycan millisi 3 xalla C qrupuna liderlik edir. Niderland və Belçikanın 2, İspaniyanın 1 xalı var. Rumıniya və Portuqaliya isə xalsızdır.