Qubada üçüncü “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək
Bu gün Qubada üçüncü “Ulduz Cup” beynəlxalq futbol turniri start götürəcək.
QELEBE.AZ xəbər verir ki, avqustun 27-dək davam edəcək turnirdə Azərbaycanla yanaşı, Özbəkistan, Polşa və Türkmənistanın komandaları da mübarizə aparacaq.
Turnirin açılış mərasimi saat 15:00-da keçiriləcək. İlk oyunlar isə aşağıdakı cədvəl üzrə baş tutacaq:
16:00. “Ulduz” FA (Azərbaycan) - “Bunyodkor” (Özbəkistan)
17:30. “Zirə” - “Drukarz” (Polşa)
17:30. “Qarabağ” - “Altın Taç” (Türkmənistan)
Qeyd edək ki, turnirin qarşılaşmaları Gənclər və İdman Nazirliyinin rəsmi “YouTube” kanalında canlı yayımlanacaq.

https://qalaba.az//uploads/photo/qubada-uchuncu-ulduz-cup-beynelxalq-futbol-turniri-kechirilecek.webp