Premyer Liqada klubunu dəyişdi
Çelsi" müdafiəçis Aksel Disasini icarəyə verib.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Premyer Liqa nəhəngi fransalı futbolçunu "Kristal Pelas"a göndərib. 28 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna qədər London təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, "Çelsi" Aksel Disasini 2023-cü ilin yayında "Monako"dan 45 milyon avroya transfer edib. Fransa millisinin üzvü 2025/26 mövsümünün ikinci yarısında icarə əsasında "Vest Hem"də çıxış edib.

https://qalaba.az//uploads/photo/premyer-liqada-klubunu-deyishdi.webp