“Gent”in müdafiəçisi: “Hamı yanıma gələnə qədər qələbə qazandığımızı bilmirdim”

“Gent”in müdafiəçisi: “Hamı yanıma gələnə qədər qələbə qazandığımızı bilmirdim”

“Penalti zərbəsindən sonra hamı yanıma gələnə qədər qələbə qazandığımızı bilmirdim”.

“Report” xəbər verir ki, bunu Belçikanın “Gent” klubunun futbolçusu Sedrik Van Dele UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qalib gəldikləri cavab oyunu barədə danışarkən deyib.

23 yaşlı sol cinah müdafiəçisi penaltilər seriyasında özü son zərbəni vurmaq istədiyini bildirib: “Baş məşqçi penaltilər seriyasında məndən vurmaq istəyib-istəmədiyimi soruşdu. Hətta beşinci penalti vuran olmaq istədim. Çünki o, həlledici zərbə idi. Özümə əmin idim”.

Qarşılaşmanın 118-ci dəqiqəsində penalti yerinə yetirmək üçün meydana daxil olan Van Dele həmin vaxt həyəcanlı olduğunu söyləyib: “Ürək döyüntülərim çox yüksək idi. Bu üzdən bir az gərginlik var idi. Amma diqqətimi tam cəmləmişdim, yalnız komandama xeyir vermək istəyirdim. Adətən penaltiləri yaxşı yerinə yetirirəm. Yenə özümü əmin edirdim”.

Qeyd edək ki, Bakıda 0:1 hesabı ilə məğlub olan “Gent” öz meydanında eyni hesabla qalib gəldiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Belçika klubu (5:3) mərhələ adlayıb.

Futbol
"Yuventus" və Uruqvay millisinin sabiq futbolçusu vəfat edib

"Yuventus" və Uruqvay millisinin sabiq futbolçusu vəfat edib

Futbol
Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Futbol
Emeri İngiltərə klubunun baş məşqçisi təyin olunub

Emeri İngiltərə klubunun baş məşqçisi təyin olunub

Futbol
Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Futbol
Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

Futbol
Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"

Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"

Futbol
A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib

A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib

Futbol
Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"

Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"

Futbol
Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı” ilə oyunda xal itirib

Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı” ilə oyunda xal itirib

Futbol
Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Futbol
Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Futbol
“Qarabağ”ın 420 günlük seriyası qırılıb

“Qarabağ”ın 420 günlük seriyası qırılıb