Mahmud Qurbanov: "Komandanı azlıqda qoyan futbolçu ilə söhbətimiz olacaq"

Mahmud Qurbanov: "Komandanı azlıqda qoyan futbolçu ilə söhbətimiz olacaq"

"Maraqlı oyun alındı. Məğlub olsaq da, komandamın çıxışından razı qaldım. Azlıqda qaldıqdan sonra da qol epizodlarımız oldu. Sadəcə, istifadə edə bilmədik".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov "ASCO Arena"da "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis meydana qələbə üçün çıxdıqlarını bildirib: "Uduzmaq istəmirdik. Ən azı heç-heçə üçün yaxşı şansımız var idi. Komanda qırmızı vərəqədən sonra da oyundan düşmədi. Daha da aqressiv oynadıq".

O, heyətin hələ tam komplektləşmədiyini söyləyib: "Optimal "11-liy"imiz yoxdur. Çünki sabit oynamırıq. Bəzi futbolçular bir matçda yaxşı oynadıqdan sonra növbəti qarşılaşmada boşalırlar. Bizdə əsas heyət anlayışı yoxdur. Əlimdəki bütün futbolçulardan istifadə edirəm".

Qurbanov komandanın kapitanı Rahid Əmirquliyevə az şans verməsinin səbəbini bu cür izah edib: "Bu gün meydana buraxmaq istəyirdim. Amma qırmızı vərəqə planımıza mane oldu. O, bizim kapitanımız, təcrübəli oyunçumuzdur. Tükənməyib, qarşıdakı matçlarda Rahidi yenidən meydanda görəcəyik".

Təcrübəli mütəxəssisin sözlərinə görə, ötən tur "Sabah"la qolsuz heç-heçə etdikləri görüşdə konsentrasiya daha yaxşı idi: "Bugünkü matçda isə qol epizodları zamanı nəzarəti itirdik. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Əfsuslar olsun ki, diqqətizlikdən asan qollar buraxdıq".

Baş məşqçi əvəzetmədən meydana daxil olan Tural Bayramlının qırmızı vərəqə almasına da toxunub: "Bu barədə nəsə danışmaq çox çətindir. Onu meydana buraxdıq ki, oyunun axarını dəyişsin, komandaya kömək etsin. Düşünürəm ki, həddindən artıq istəkli və aqressiv olduğu üçün meydandan qovuldu. Söhbətimiz olacaq. Belə halların baş verməsi arzuolunmazdır. Meydanda sonadək 11 nəfərlə oynamaq istəyirik. Turala cəza verib-verməyəcəyimizi bilmirik. Hər şey mümkündür. İkinci sarı vərəqə epizodunda VAR-a da baxmaq olardı. Ümumiyyətlə, oyunda vərəqələr çox oldu".

Qurbanov daha çox xal toplamaq üçün müdafiədə oturmağa ehtiyac olmadığını vurğulayıb: "Düzdür, "Sabah"dan xal aldığımız matçda müdafiədən oynadıq. Bu gün qələbə qazanmaq istəyirdik. Uşaqlardan əsas tələbimiz açıq futbol idi. Əlbəttə, uduzmaqdansa, müdafiə olunub xal götürmək daha yaxşıdır. Amma biz hücum futbolu göstərmk istəyirik. Qol imkanlarımız da olur. Təəssüf ki, dəyərləndirə bilmirik".

Futbol
"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarılıb

Futbol
Pele ilə vida mərasimi başa çatıb

Pele ilə vida mərasimi başa çatıb

Futbol
"Sumqayıt"ın kapitanı: "Hər legioner Azərbaycan çempionatında baş çıxara bilmir"

"Sumqayıt"ın kapitanı: "Hər legioner Azərbaycan çempionatında baş çıxara bilmir"

Futbol
“Qarabağ” daha bir futbolçusunu satmağa yaxındır

“Qarabağ” daha bir futbolçusunu satmağa yaxındır

Futbol
Avropa Kuboku: Azərbaycan komandaları ilk məğlubiyyətini alıb

Avropa Kuboku: Azərbaycan komandaları ilk məğlubiyyətini alıb

Futbol
Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Futbol
Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Futbol
"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

Futbol
Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Futbol
"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

Futbol
Ronaldo ilə Messi “All-Star” matçında üz-üzə gələcək

Ronaldo ilə Messi “All-Star” matçında üz-üzə gələcək