"Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək

"Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək

Misli Premyer Liqasında IX turun oyun cədvəli müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Turun mərkəzi görüşü olan “Sabah” - “Qarabağ” qarşılaşması “Dalğa Arena”da keçiriləcək.

Misli Premyer Liqası
IX tur
23 oktyabr

15:00. “Araz-Naxçıvan” - “Qəbələ”
Şamaxı şəhər stadionu

19:00. “Zirə” - “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu

24 oktyabr
16:30. “Şəfa” - “Kəpəz”
“SOCAR Polymer Arena”

19:00. “Neftçi” - “Turan Tovuz”
“Palms Sports Arena”

25 oktyabr
15:00. “İmişli” - “Şamaxı”
Yevlax şəhər stadionu

18:00. “Sabah” - “Qarabağ”
“Dalğa Arena”

Qeyd edək ki, oktyabrın 9-da “Dalğa Arena”da Peşəkar Futbol Liqası tərəfindən yekun baxış və uyğunluğun təsdiqlənmə prosesi həyata keçiriləcək.