“Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində

“Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində

İngiltərənin “Tottenhem” və “Aston Villa” klubları “Benfika”nın futbolçusu Canluka Prestianni ilə maraqlanır.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri 20 yaşlı cinah oyunçusunu mövsümün əvvəlindən yaxından izləyirlər.

“Atletiko”nun da argentinalı futbolçuya maraq göstərdiyi bildirilir. Hələlik rəsmi təklif və ya danışıqlar barədə məlumat yoxdur.

Prestianninin “Benfika” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Onun sözləşməsində 100 milyon avroluq sərbəstqalma məbləği nəzərdə tutulub.

Argentinalı futbolçu cari mövsümdə Portuqaliya çempionatında keçirdiyi 7 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Prestianni 2024-cü ildən “Benfika”nın formasını geyinir.