Asəf Çopurov UFC debütündə məğlub oldu

Asəf Çopurov UFC debütündə məğlub oldu

Rusiyanı təmsil edən azərbaycanlı MMA döyüşçüsü Asəf Çopurov UFC-də ilk görüşünü keçirib.

QELEBE.AZ xəbər verir ki, həmyerlimiz UFC 333 turniri çərçivəsində avstraliyalı Kolbi Tikneslə üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma avstraliyalı idmançının qələbəsi ilə yekunlaşıb.

Hakimlər döyüşün sonunda üstünlüyü Tiknesə veriblər.

Bu nəticə Çopurovun peşəkar MMA karyerasında ilk məğlubiyyəti olub.