Kadi Borges: "Frayburq"la oyunun taleyini xırda detallar həll etdi"

Kadi Borges: "Frayburq"la oyunun taleyini xırda detallar həll etdi"

"Qarabağ"ın futbolçusu Kadi Borgesin "QELEBE.AZ"a müsahibəsi

- UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Almaniyada "Frayburq"a 1:2 hesabı ilə məğlub oldunuz. Nəticə qazana bilməməyinizə əsas səbəb nə idi?

- Bu cür matçlarda xırda detallar həlledici olur. Bəzən oyunun taleyini də bunlar həll edir. Bizdə də belə oldu. Qarşılaşmanın əvvəlində bir az diqqətsiz oynadığımızı düşünürəm.

- İlk 15-20 dəqiqədə komandada həyacanın olmasının səbəbi nə idi? Stadiondakı atmosfer oyunçulara təsir edirdi?

- Hər oyunçu belə atmosferə fərqli reaksiya verir. Bu, kiməsə təsir edə bilər. Komandada həyacanın olması ilə bağlı hansısa səbəb deyə bilmərəm.

- Bunu bəzi oyunçularda təcrübəsizliklə əlaqələndirirsinizmi?

- Kimdəsə hansısa təcrübə çatışmazlığı ola bilər. Bu barədə dəqiq fikir söyləyə bilməyəcəyəm.

- Oyunun sonlarındakı mübahisəli penalti epizodu ilə bağlı nə deyə bilərsiniz? Komandanızın haqqının yeyildiyini düşünürsünüzmü?

- Məncə, hakimlərin hansısa epizodla bağlı qərar vermək üçün baxış bucağı və özlərinin kriteriyaları var. Bu məsələ haqqında çox danışmaq istəmirəm. Bu, onların qərarıdır və ona hörmətlə yanaşmalıyıq.

- Avropa Liqasında növbəti matçını Fransanın "Nant" komandasına qarşı keçirəcəksiniz. Evdə oynamaq sizin üçün üstünlükdürmü?

- Belə qarşılaşmalarda azarkeş amili vacibdir. Fanatlar görüşdə önəmli rola malikdir. Elə məqam olur ki, tərəfdarların dəstəyi komandanı irəli getməyə sövq edir. Azarkeşlər matçda əlavə üstünlük hesab oluna bilər. Bu, futbolçular üçün də fərqlidir. Elə oyunçular üçün evdə oynamaq onlar üçün daha rahatdır, bəziləri üçün isə fərqi yoxdur.

- Bu gün Azərbaycan Premyer Liqasının VI turunda "Sabah"la görüşəcəksiniz. Oyun haqqında nə deyə bilərsiniz?

- "Sabah" ciddi rəqibdir. Heyətlərini gücləndiriblər və onların məqsədləri cari mövsüm yaxşı nəticələr qazanmaqdır. Biz də bunun fərqindəyik. Belə güclü komandaların çempionatda çox olması, rəqabətə davamlılıq mənim xoşuma gəlir. Bu, istənilən halda çempionata maraq qatır.

- 4 gün sonra Avropa Liqasının qrup mərhələsinin II turunda "Nant"la üz-üzə gələcəksiniz. Ondan sonra isə çempionatda "Zirə" ilə qarşılaşacaqsınız. Bu cür sıx qrafik komandaya təsir edə bilərmi?

- Belə qrafikdə oynamağı bəyənirəm. Hər 3-4 gündən bir oynamaq və daim ritmdə olmaq xoşuma gəlir. Sıx qrafikin komandaya təsir edəcəyini düşünmürəm.

Futbol
Neymar həbs oluna bilər

Neymar həbs oluna bilər

Futbol
Azərbaycan millisinin İsveçlə səfər oyununun yeri müəyyənləşib

Azərbaycan millisinin İsveçlə səfər oyununun yeri müəyyənləşib

Futbol
“Neftçi”nin sabiq futbolçusu: “Qarabağ”ın uğurlu çıxışı mənə xoş gəlmir”

“Neftçi”nin sabiq futbolçusu: “Qarabağ”ın uğurlu çıxışı mənə xoş gəlmir”

Futbol
Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Futbol
“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

Futbol
Ötən il daxili çempionatlarda ən çox qol vurmuş oyunçular açıqlanıb

Ötən il daxili çempionatlarda ən çox qol vurmuş oyunçular açıqlanıb

Futbol
Ən bahalı qış transferlərinin siyahısı açıqlanıb

Ən bahalı qış transferlərinin siyahısı açıqlanıb

Futbol
"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"

"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"

Futbol
"Şamaxı"nın baş məşqçisi: "Fərdi səhvlərdən qapımızda qollar görürük"

"Şamaxı"nın baş məşqçisi: "Fərdi səhvlərdən qapımızda qollar görürük"

Futbol
"Liverpul"un hücumçusu dünya çempionatını buraxacaq

"Liverpul"un hücumçusu dünya çempionatını buraxacaq

Futbol
"Sumqayıt"ın prezidenti: "Baqanın maaşı mətbuatda yazılanların heç yarısı da deyildi"

"Sumqayıt"ın prezidenti: "Baqanın maaşı mətbuatda yazılanların heç yarısı da deyildi"

Futbol
UEFA “Qarabağ”ın müraciətinə cavab verib

UEFA “Qarabağ”ın müraciətinə cavab verib