Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Səbail"ə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Səbail"ə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

"QELEBE.AZ" xəbər verir ki, günün ilk matçında "Səbail" "Sumqayıt"ı qəbul edib.

"ASCO Arena"dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. Qələbə qolunu 90+8-ci dəqiqədə penaltidən Terrens Tisdel vurub.

68-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Qustavo de Fransa birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

"Gənclik şəhəri" təmsilçisi qələbə sayəsində xallarının sayını 21-ə çatdıraraq 7-ci pilləyə yüksəlib. "Dənizçilər" isə 17 xalla sonuncu - 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, günün digər görüşündə "Sabah" "Kəpəz"i sınağa çəkəcək. “Zirə” və “Şamaxı” arasında keçirilmiş turun açılış oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb. Martın 5-də baş tutacaq matçlarda “Qəbələ” “Qarabağ”ı, “Neftçi” isə “Turan Tovuz”u qəbul edəcək.

14:53

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turunda üz-üzə gələcək "Səbail" və "Sumqayıt"ın heyətləri bəlli olub.

"QELEBE.AZ" xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Səbail”: 1. Emil Balayev (k) 2. Adil Nağıyev 96. İlkin Muradov 6. Cabir Əmirli 22. Samir Abdullayev 11. Qoba Zakpa 99. David Qomis 88. Matiya Lyuyiç 5. Petro Stasyuk 23. Qustavo de Fransa 4. Maksim Çex

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev 10. Ağabala Ramazanov 9. Mirabdulla Abbasov 15. Vüqar Həsənov 7. Ruslan Hacıyev 3. Turan Manafov 17. Rafael Məhərrəmli 55. Nihad Qurbanlı 77. Ədilxan Qarəhmədov 20. Mirəli Əhmədov 27. Emil Martinov 21. Kizito Luvaqa

Baş məşqçi: Şahin Diniyev

“Sumqayıt”: 13. Aydın Bayramov 3. Vurğun Hüseynov (k) 6. Vüqar Mustafayev 14. Elvin Bədəlov 18. Süleyman Əhmədov 11. Rüfət Abdullazadə 8. Səbuhi Abdullazadə 5. Stiven Pereyra 9. Karim Abubakar 22. Dieqo Karioka 71. Masaki Murata

Ehtiyat oyunçular: 25. İlnur Valiev 32. Murad Ağamalıyev 24. Elşən Abdullayev 10. Vüsal İsgəndərli 20. Ayxan Süleymanlı 21. Nihad Əhmədzadə 7. Terrens Tisdel 23. Kamran Aliev 12. Todor Todoroski 37. Alya Ture

Baş məşqçi: Samir Abasov

Qeyd edək ki, bu gün "ASCO Arena"da oynanılacaq qarşılaşma saat 16:00-da start götürəcək.

Futbol
FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

Futbol
"Olimpiakos"un qapıçısı əməliyyat olunub

"Olimpiakos"un qapıçısı əməliyyat olunub

Futbol
Qurban Qurbanov: "Futbolçularda yorğunluq hiss olunur"

Qurban Qurbanov: "Futbolçularda yorğunluq hiss olunur"

Futbol
Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Futbol
"Sabah"ın futbolçusu Ukrayna yığmasına dəvət alıb

"Sabah"ın futbolçusu Ukrayna yığmasına dəvət alıb

Futbol
Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Futbol
"Qarabağ"ın rəqibi heç-heçə edib

"Qarabağ"ın rəqibi heç-heçə edib

Futbol
"Qarabağ" bu gün "Olimpiakos"u qəbul edəcək

"Qarabağ" bu gün "Olimpiakos"u qəbul edəcək

Futbol
“The Times”: Ukrayna dünya çempionatına ev sahibliyi etmək üçün namizəd olacaq

“The Times”: Ukrayna dünya çempionatına ev sahibliyi etmək üçün namizəd olacaq

Futbol
Ayxan Abbasov: "Təbii meydança salsaq, büdcəmiz qalmayacaq"

Ayxan Abbasov: "Təbii meydança salsaq, büdcəmiz qalmayacaq"

Futbol
Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Futbol
"Qalatasaray" Azərbaycanı təbrik edib - FOTO

"Qalatasaray" Azərbaycanı təbrik edib - FOTO