Həndbol üzrə Azərbaycan millisi Bolqarıstan və Nigeriya ilə qarşılaşacaq
Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin inkişaf etməkdə olan ölkələrin turnirində rəqibləri müəyyənləşib.
“Report”un məlumatına görə, Beynəlxalq Həndbol Federasiyasının (IHF) Bazeldəki mənzil qərargahında keçirilən püşkatma mərasimində yığma D qrupunda Bolqarıstan və Nigeriyaya rəqib olub.
Püşkün nəticəsinə əsasən, iştirakçı 12 komanda hərəsində üç yığma olmaqla 4 qrupa bölünüb. Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.
A qrupu: Malta, Andorra, Hindistan
B qrupu: Kipr, Moldova, Avstraliya
C qrupu: Böyük Britaniya, Kuba, Qvatemala
D qrupu: Azərbaycan, Bolqarıstan, Nigeriya
Qeyd edək ki, yarış 25-30 aprel aralığında Bolqarıstanın Varna şəhərində keçiriləcək.

https://qalaba.az//uploads/photo/hendbol-uzre-azerbaycan-millisi-bolqaristan-ve-nigeriya-ile-qarshilashacaq.webp











