Eldəniz Əzizli: "Hədəfim medal qazanmaq deyil, Avropa çempionu olmaqdır"

Eldəniz Əzizli: "Hədəfim medal qazanmaq deyil, Avropa çempionu olmaqdır"

"Əsas hədəfim medal qazanmaq yox, üçüncü dəfə çempion olmaqdır"

Bunu "Report"a açıqlamasında Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli aprelin 17-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatı ilə bağlı danışarkən deyib.

55 kq çəki dərəcəsində çıxış edən idmançı ölkə tarixində Hacı Əliyev (sərbəst güləş), Həsən Əliyev və Rafiq Hüseynovun bunu bacardığını bildirib: "Avropa çempionu olub onlara çatmaq istəyirəm. Yarışa hazırlıq yaxşı gedir. Xorvatiyada və Gürcüstanda təlim-məşq toplanışı keçmişik. Sonuncu hazırlıq prosesi isə Bakıda gerçəkləşəcək. Yarışa yaxşı formada yollanacağımızı düşünürəm".

İkiqat Avropa çempionu hələlik öz çəkisində qalacağını diqqətə çatdırıb: "Avropa və dünya çempionatında güləşdikdən sonra Yay Olimpiya Oyunlarına lisenziya üçün çəkimi dəyişmək istəyirəm. 60 kq-da kimsə dünya çempionatına lisenziya qazanmasa, ondan sonra təsnifat turnirinə qatıla bilərəm. Amma hələlik dünya və Avropa çempionatında öz çəkimdə güləşmək niyyətindəyəm. Çünki üçüncü dəfə dünya çempionu olmaq və yeni tarixi uğura imza atmaq arzularımdan biridir".

Təcrübəli güləşçi komanda yoldaşlarının hər birindən uğurlu nəticə gözlədiyini söyləyib: "Ən azı üç idmançımızın finala yüksələcəyinə inanıram. Keçən il Rafiqlə mən qızıl medala sahib çıxdıq. Bu dəfə bunun daha çox olacağına ümid edirəm. Komanda olaraq əlimizdən gələni edəcəyik".

Futbol
"Qarabağ"ın təxirə salınmış oyununun vaxtı açıqlanıb

"Qarabağ"ın təxirə salınmış oyununun vaxtı açıqlanıb

Futbol
İtaliya DÇ-2022-də Tunisi əvəz edə bilər

İtaliya DÇ-2022-də Tunisi əvəz edə bilər

Futbol
AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

Futbol
Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Futbol
Rusiyalı mütəxəssis Azərbaycan futbolunun çatışmazlıqlarından danışıb

Rusiyalı mütəxəssis Azərbaycan futbolunun çatışmazlıqlarından danışıb

Futbol
Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Futbol
Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"

Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"

Futbol
Veteran futbolçu: "Hər zaman yığmaya yerli mütəxəssisin başçılıq etməsini istəmişəm"

Veteran futbolçu: "Hər zaman yığmaya yerli mütəxəssisin başçılıq etməsini istəmişəm"

Futbol
"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

Futbol
"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

Futbol
Qardaşı Pol Poqbanı oğurlayaraq 13 milyon avro tələb edib

Qardaşı Pol Poqbanı oğurlayaraq 13 milyon avro tələb edib

Futbol
Azərbaycan Premyer Liqası: “Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb

Azərbaycan Premyer Liqası: “Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb