Qurban Qurbanov: "Difai" ilə görüşdən sonra Region Liqasına daha çox baxacağıq"

Qurban Qurbanov: "Difai" ilə görüşdən sonra Region Liqasına daha çox baxacağıq"

"Bundan sonra Region Liqasına daha çox baxacağıq".

Bunu "QELEBE.AZ"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Azersun Arena"da Region Liqası təmsilçisi "Difai" klubu ilə görüş barədə danışarkən deyib.

Qarşı tərəfin belə bir görüş istədiyindən xəbərdar olduğunu söyləyən 51 yaşlı mütəxəssis təklifi məmnuniyyətlə qəbul etdiyini bildirib: "Çox xoş oldu. Çünki biz hər zaman qazilərimizə borcluyuq. Allah onlardan razı olsun, şəhidlərimizə rəhmət eləsin. Region Liqasının oyunları mənim üçün də maraqlı idi. Bundan əvvəl də maraqlı hadisələr danışırdılar. Hər zaman demişəm ki, turnirin adından asılı olmayaraq, normal səviyyədə keçirilirsə, orada futbola sevgi və maraq artır. Xüsusilə də bunun regionlarda olması heç də pis deyil. "Difai" çox gözəl layihədir. İmkan olduqca, onlara azarkeşlik edəcəyik".

O, yeni mövsümdən I Diviziona 4 komandanın buraxılacağı ilə bağlı məsələyə də toxunub: "Həmişə komanda sayının artırılmasının tərəfdarı olmuşam. Amma burada bizdən asılı olmayan amillər var. Bu, mənə aid olan məsələ deyil. Hər bir halda bir komandanın aşağı dəstəyə düşməsi, əvəzinə başqa klubun gəlməsi maraq doğurur. Belədə hər şey daha ciddi olur, hər kəs işinə daha məsuliyyətlə yanaşır. Mənə aid olan məsələ olmasa da, istərdim ki, komandaların sayı daha da artırılsın, çempionatın səviyyəsi artsın".

Futbol
Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"

Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"

Futbol
Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Futbol
Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Futbol
Avropa Liqası: "Qarabağ" fasiləyə məğlub yollanıb

Avropa Liqası: "Qarabağ" fasiləyə məğlub yollanıb

Futbol
"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

Futbol
“Neftçi” serbiyalı müdafiəçini transfer etmək istəyir

“Neftçi” serbiyalı müdafiəçini transfer etmək istəyir

Futbol
Avropa Liqası: "Fənərbağça" və "Mançester Yunayted" Kipr klubları ilə üz-üzə gələcək

Avropa Liqası: "Fənərbağça" və "Mançester Yunayted" Kipr klubları ilə üz-üzə gələcək

Futbol
Renat Dadaşov: "Qələbə qazandığımız üçün çox şadam"

Renat Dadaşov: "Qələbə qazandığımız üçün çox şadam"

Futbol
"Qarabağ" qapıçısı ilə imzaladığı yeni müqavilənin detallarını açıqlayıb

"Qarabağ" qapıçısı ilə imzaladığı yeni müqavilənin detallarını açıqlayıb

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

Futbol
Argentina üçqat dünya çempionu olub

Argentina üçqat dünya çempionu olub

Futbol
Erməni təxribatı zamanı şəhid olan hərbçilərin beşi futbolçu imiş

Erməni təxribatı zamanı şəhid olan hərbçilərin beşi futbolçu imiş