Sabiq baş məşqçisi "Sabah"a inanır: "Avrokuboklarda bir neçə mərhələ keçəcəklər"

Sabiq baş məşqçisi "Sabah"a inanır: "Avrokuboklarda bir neçə mərhələ keçəcəklər"

"Əminəm ki, avrokuboklarda bir neçə mərhələ keçəcəklər".

Bunu "QELEBE.AZ"a açıqlamasında "Sabah"ın sabiq baş məşqçisi Jelko Sopiç Bakı klubunun tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanması barədə danışarkən deyib.

Xorvatiyalı mütəxəssis bu uğura görə keçmiş komandası ilə fəxr etdiyini bildirib: "Sabah" gənc komandadır. Bu, onlar üçün böyük nailiyyətdir. Klubdakı bütün insanları təbrik edirəm".

Sopiçin sözlərinə görə, onun vaxtında "Sabah"ın heyətində bu cür keyfiyyətli futbolçular yox idi: "O dövrdən indiyədək çox şey dəyişib. "Qarabağ" kimi komanda ilə eyni səviyyədə olmaq istəyirsənsə, top-futbolçuların olmalıdır. Orta səviyyəli oyunçularla ciddi uğurlar qazana bilməzsən. Bu, Xorvatiyada da belədir. "Dinamo" və "Hayduk"la başabaş mübarizə aparmaq üçün yaxşı heyətə sahib olmalısan. Səviyyəli futbolçuların yoxdursa, bunu etmək qeyri-mümkündür. Həmçinin, mən "Sabah"da çalışarkən pandemiya dövrü idi, yaxşı futbolçular gətirmək asan deyildi. Yollar bağlanmışdı. Dəqiq yadımda deyil, səhv etmirəmsə, avroboklar zonasından 4-5 xal geridə olarkən çempionatı vaxtından əvvəl bitirdilər. Demirəm ki, 100 faiz mükafatçılar sırasına düşə bilərdik. Lakin buna yaxın idik. Bilirsiniz, indi bu, elə də vacib deyil. Ən önəmlisi, "Sabah" əla mövsüm keçirir, klubda hamı xoşbəxtdir. Bu durumdan zövq ala bilərlər".

O, özünü "Sabah"ın hazırkı baş məşqçisi Murad Musayevlə müqayisə etmək istəmədiyini söyləyib: "Rusiyada yaxşı nəticələr qazanmış mütəxəssisdir. Eyni uğuru Azərbaycanda da təkrarladı. Nəticə verirsənsə, hamı səni top-məşqçi hesab edəcək. Amma dünyanın ən yaxşı mütəxəssisi olsan belə, uğursuz nəticələrə görə hər kəs səni qınayacaq, bacarığına şübhə ilə yanaşacaq. Musayevi şəxsən tanımıram, lakin "Sabah"a qazandırdığı uğura görə onu təbrik edirəm. Ümumiyyətlə, özümü hansısa həmkarımla müqayisə etməyi xoşlamıram. Hamımız eyni işin içindəyik. Çemodanımız daim yanımızda olmalıdır. Çünki nəyin necə olacağını bilmirik".

Qeyd edək ki, Jelko Sopiç 2019/2020 mövsümündə "Sabah"a başçılıq edib.

Futbol
Messi "Benfika" ilə oyunu buraxacaq

Messi "Benfika" ilə oyunu buraxacaq

Futbol
Ronaldu ərəb klubunun 240 milyon avroluq təklifini rədd edib

Ronaldu ərəb klubunun 240 milyon avroluq təklifini rədd edib

Futbol
Laurentsiu Regekampf: "Bu oyuna xüsusi hazırlaşmışdıq"

Laurentsiu Regekampf: "Bu oyuna xüsusi hazırlaşmışdıq"

Futbol
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin proqramı bəlli olub

Azərbaycan Kuboku: 1/4 final mərhələsinin proqramı bəlli olub

Futbol
Avropa Liqası: "Trabzonspor"un ev sınağı, "Fənərbağça" "Renn"lə qarşılaşacaq

Avropa Liqası: "Trabzonspor"un ev sınağı, "Fənərbağça" "Renn"lə qarşılaşacaq

Futbol
"Yuventus"un futbolçusu üç həftə oynamayacaq

"Yuventus"un futbolçusu üç həftə oynamayacaq

Futbol
Kadi: “Qürur duyuram”

Kadi: “Qürur duyuram”

Futbol
Canni de Byazi: “Pozitiv yoldayıq, komanda inkişaf edir”

Canni de Byazi: “Pozitiv yoldayıq, komanda inkişaf edir”

Futbol
Azərbaycan Premyer Liqasında son beş mövsümün azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son beş mövsümün azarkeş rekordu qeydə alınıb

Futbol
Qətərdəki dünya çempionatından əldə olunacaq gəlir açıqlanıb

Qətərdəki dünya çempionatından əldə olunacaq gəlir açıqlanıb

Futbol
Robert Levandovskiyə üç, karyerasını bitirən Pikeyə dörd oyunluq cəza verilib

Robert Levandovskiyə üç, karyerasını bitirən Pikeyə dörd oyunluq cəza verilib

Futbol
"Olimpiakos"un qapıçısı əməliyyat olunub

"Olimpiakos"un qapıçısı əməliyyat olunub