Çempionlar Liqası: "Real Madrid" və "Milan" qələbə qazanıb

Çempionlar Liqası: "Real Madrid" və "Milan" qələbə qazanıb

UEFA Çempionlar Liqasında 1/4 finalın ilk matçlarına yekun vurulub.

"Report"un məlumatına görə, axırıncı oyun günündə də iki qarşılaşma keçirilib.

Turnirin son qalibi "Real Madrid" İspaniyada İngiltərənin "Çelsi" komandasını 2 cavabsız qolla məğlub edib. "Kral klubu"ndan 22-ci dəqiqədə Kərim Benzema və 74-cü dəqiqədə Marko Asensio fərqləniblər. 59-cu dəqiqədə "zadəganlar"ın heyətində Ben Çiluell birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

Digər oyun isə İtaliyada "Milan" və "Napoli" arasında baş tutub. Qarşılaşmanın taleyini 1 qol həll edib. 40-cı dəqiqədə İsmael Bennaser rəqib qapısına yol taparaq, rossonyerlərə qələbə qazandırıb. 75-ci dəqiqədə qonaqlardan Andre Zambo-Angissa ikinci sarı vərəqə ilə meydandan qovulub.

Cavab oyunları aprelin 18-də olacaq.

Çempionlar Liqası
1/4 final, ilk oyunlar
12 aprel

23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:0
Qollar: Kərim Benzema, 22. Marko Asensio, 74
Qırmızı vərəqə:
Ben Çiluell, 59 ("Çelsi")
Baş hakim: Fransua Leteksye (Fransa)
Madrid, "Santyaqo Bernabeu" stadionu

23:00. "Milan" (İtaliya) - "Napoli" (İtaliya) - 1:0
Qol:
İsmael Bennaser, 40
Qırmızı vərəqə: Andre Zambo-Angissa ("Napoli")
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Milan, "San Siro" stadionu

Qeyd edək ki, 1/4 finalın ilk oyunlarında "Mançester Siti" İngiltərədə Almaniya "Bavariya"sına 3:0, İtaliya "İnter"i isə Portuqaliyada "Benfika"ya 2:0 hesabı ilə qalib gəlib.

Futbol
"Bavariya"nın əsas müdafiəçisi zədələnib

"Bavariya"nın əsas müdafiəçisi zədələnib

Futbol
"Neftçi" ilə oyun "Sabah" üçün iki yubileylə əlamətdar olub

"Neftçi" ilə oyun "Sabah" üçün iki yubileylə əlamətdar olub

Futbol
"Barselona"nın müdafiəçisi dünya çempionatını buraxa bilər

"Barselona"nın müdafiəçisi dünya çempionatını buraxa bilər

Futbol
“Everton” klubu satılır

“Everton” klubu satılır

Futbol
"Olimpiakos" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Olimpiakos" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
Azərbaycan Premyer Liqası: Tura "Neftçi"nin oyunu ilə yekun vurulacaq

Azərbaycan Premyer Liqası: Tura "Neftçi"nin oyunu ilə yekun vurulacaq

Futbol
"Qarabağ"ın legioneri: "Sabah" ciddi rəqibdir"

"Qarabağ"ın legioneri: "Sabah" ciddi rəqibdir"

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı qolu bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı qolu bəlli olub

Futbol
Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub

Futbol
Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

Futbol
Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Futbol
Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir

Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir