Bu gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.

"QELEBE.AZ"un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Açılış matçında 38 xalla 5-ci pillədə gedən "Zirə" 21 xalla sonuncu olan "Səbail"i qəbul edəcək.

İki komanda indiyədək ölkə çempionatında 22 dəfə üz-üzə gəlib. Bunların 14-də "qartallar", 4-də "dənizçilər" qələbə qazanıblar. 4 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də Rəşad Sadıqovun baş məşqçi olduğu üstündür - 30:14.

"Zirə" son 4 ev oyununda meydanı qələbə ilə tərk edib. "Səbail" son 6 səfər matçında qalib gəlmir.

Günün digər görüşü "Bakcell Arena"da "Neftçi" və "Qəbələ" arasında olacaq. Hazırda "ağ-qaralar" 60 xalla 3-cü, "qırmızı-qaralar" isə 39 xalla 4-cü sırada qərarlaşıb.

Bunadək keçirilmiş 58 Premyer Liqa oyununda paytaxt klubu 27, əyalət təmsilçisi 17 dəfə qələbəni bayram edib. 14 qarşılaşmada heç-heçə qeydə alınıb. Bakılıların 86 qoluna qəbələlilər 67 topla cavab veriblər.

"Neftçi" son 11 ev matçında qol vurub. "Qəbələ" son üç oyunda qələbə qazanmayıb.

Azərbaycan Premyer Liqası
XXX tur

14 aprel (cümə)

17:30. "Zirə" - "Səbail"
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu

20:00. "Neftçi" - "Qəbələ"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"​​​​Bakcell Arena".

Qeyd edək ki, turun "Kəpəz" - "Turan Tovuz" oyunu aprelin 15-də, "Şamaxı" - "Sumqayıt" və "Sabah" - "Qarabağ" matçları isə aprelin 16-də olacaq.

Futbol
Ukraynalı futbolçu müharibəyə görə karyerasını dondurub

Ukraynalı futbolçu müharibəyə görə karyerasını dondurub

Futbol
DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

Futbol
Azərbaycan Kuboku: Yarımfinalın növbəti iştirakçısı bəlli olub

Azərbaycan Kuboku: Yarımfinalın növbəti iştirakçısı bəlli olub

Futbol
"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib

Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib

Futbol
"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəyə başlayır

"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəyə başlayır

Futbol
Azərbaycan Premyer Liqasında son mövsümün azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son mövsümün azarkeş rekordu qeydə alınıb

Futbol
2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd seçilib

2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd seçilib

Futbol
İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşiblər

İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşiblər

Futbol
Qurban Qurbanov oğlunun Polşa klubunun maraq dairəsində olduğunu təsdiqləyib

Qurban Qurbanov oğlunun Polşa klubunun maraq dairəsində olduğunu təsdiqləyib

Futbol
"Lion" klubunun yeni sahibi bəlli olub

"Lion" klubunun yeni sahibi bəlli olub

Futbol
Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək