Əli Şükürlü: “İrəvanda təhlükəsizlik qənaətbəxş deyildi”

Əli Şükürlü: “İrəvanda təhlükəsizlik qənaətbəxş deyildi”

“İrəvanda təhlükəsizlik qənaətbəxş deyildi”.

“QELEBE.AZ” xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Əli Şükürlü (102 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

İdmançı bildirib ki, baş verən hadisə onlarda ruh düşkünlüyü yaradıb: “Avropa çempionatına qatılmamaq məcburiyyətində qaldıq. Bayrağa qarşı hörmətsizlik görmək istəmirdik. İrəvana böyük ümidlərlə getmişdik, bayrağımızı dalğalandırmaq, medal qazanmaq istəyirdik. Bakıda keçirilən Avropa Oyunlarında erməni idmançılar gəlmişdilər. Amma belə münasibətlə qarşılaşmamışdılar. Bizə qarşı oradakı münasibət isə heç yaxşı deyildi”.

O, ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib: “Orada çətin vəziyyətdə bizə dəstək oldular, bizi qorudular, Vətənə qayıtmağımızda böyük xidmətləri oldu”.

Əli Şükürlü qarşıdakı turnirlərdə Azərbaycan bayrağını dalğalandıracaqlarına inanır: “Bayrağımızı qarşıdakı yarışlarda zirvələrə qaldıracağıq. Ümidlərimiz böyükdür”.

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.

Fərdi
Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

Fərdi
Dünya çempionatı: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Fərdi
Dünya çempionu: "Azərbaycan üçün fantastik nəticədir"

Dünya çempionu: "Azərbaycan üçün fantastik nəticədir"

Fərdi
Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

Fərdi
Türkiyə Avarçəkmə Federasiyasının prezidenti: "Mingəçevir Reqata"sında yarışmaqdan məmnunuq"

Türkiyə Avarçəkmə Federasiyasının prezidenti: "Mingəçevir Reqata"sında yarışmaqdan məmnunuq"

Fərdi
Maqnus Karlsen yenə dünya çempionu olub

Maqnus Karlsen yenə dünya çempionu olub

Fərdi
Azərbaycanın veteran şahmatçısı dünya çempionatına üç qələbə ilə başlayıb

Azərbaycanın veteran şahmatçısı dünya çempionatına üç qələbə ilə başlayıb

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Fərdi
Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib

Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib

Fərdi
Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salınıb

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salınıb