Avropa çempionatı: Azərbaycanın 3 yunan-Roma güləşçisi finalda, biri bürünc medal uğrunda yarışacaq

Avropa çempionatı: Azərbaycanın 3 yunan-Roma güləşçisi finalda, biri bürünc medal uğrunda yarışacaq

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 130 kq-da yarışan idmançı finala gedən yolda Yakobi Kajaya (Gürcüstan) ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatsa da, Şəriəti sonuncu xal prinsipinə əsasən adını finala yazdırıb. O, həlledici görüşdə Rza Kayaalpla (Türkiyə) güləşəcək.

Bununla da Azərbaycanın finala çıxan yunan-Roma güləşçilərinin sayı üçə çatıb. Daha əvvəl Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) qızıl medal görüşünə vəsiqə qazanıb.

87 kq-da çıxış edən İslam Abbasovun 1/4 finalda məğlub olduğu Ali Cengiz (Türkiyə) finala yüsəldiyindən, Azərbaycan təmsilçisi bürünc medal uğrunda Laşa Qobadzeylə (Gürcüstan) mübarizə aparacaq.

19:06

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Qraçya Poqosyanı (Ermənistan) sınağa çəkib.

Məmmədov bunadək 2 dəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə Leri Abuladze (Gürcüstan) ilə üz-üzə gələcək.

77 kq-dakı Sənan Süleymanovun isə yarışı medalsız başa vuracağı dəqiqləşib. Buna idmançının 1/8 finalda uduzduğu Joltan Levayın (Macarıstan) finala adlaya bilməməsi səbəb olub.

18:56

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 55 kq-da mübarizə aparan idmançı finala gedən yolda Denis Mihayla (Rumıniya) qarşılaşıb.

Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əzizli həlledici qarşılaşmaya vəsiqə qazanıb. Onun finaldakı rəqibi Adem Uzun (Türkiyə) olacaq.

16:42

Azərbaycanın 3 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 55 kq-da çıxış edən Eldəniz Əzizli 1/4 finalda Stefan Qriqorova (Bolqarıstan), 63 kq çəki dərəcəsində yer alan Taleh Məmmədov isə Yakopo Sandrona (İtaliya) qalib gəlib. Onlar finala gedən yolda müvafiq olaraq Denis Mihay (Rumıniya) və Qraçya Poqosyan (Ermənistan) ilə qarşılaşacaqlar.

Nəhayət, 130 kq-dakı Sabah Şəriəti 1/8 finalda Dariuş Vitekdən (Macarıstan), 1/4 finalda Alin Kiurariudan (Rumıniya) üstün olub. Onun yarımfinaldakı rəqibi Yakobi Kajaya (Gürcüstan) olacaq.

77 kq-da yarışan Sənan Süleymanov 1/8 finalda Joltan Levayla (Macarıstan) dueldən məğlub ayrılıb. 87 kq-da mübarizə aparan İslam Abbasov isə ardıcıl olaraq Turpal Maqamadov (Fransa) və Daniel Erreronu (İspaniya) yensə də, 1/4 finalda Ali Cengizlə (Türkiyə) bacarmayıb. Errero və Cengiz finala çıxsalar, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edəcəklər.

Bu gün həmçinin qadınların mübarizəsində Jalə Əliyeva (57 kq) qızıl, Türkan Nəsirova (53 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Elis Manolova (65 kq) isə təsəlliverici qarşılaşmada uduzduğundan medal şansını itirib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb. Qadınlarda isə Mariya Stadnik Avropa çempionu olub.

Fərdi
Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Fərdi
"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1": Sprint yarışlarının sayı artırılıb

Fərdi
Azərbaycan boksçularının Avropa çempionatındakı ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının Avropa çempionatındakı ilk rəqibləri bəlli olub

Fərdi
Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal görüşünə çıxacaq

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal görüşünə çıxacaq

Fərdi
Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Fərdi
Güc idman növləri üzrə Azərbaycan Kubokuna start verilib

Güc idman növləri üzrə Azərbaycan Kubokuna start verilib

Fərdi
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçirəcəklər

Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçirəcəklər

Fərdi
"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubunda baxışdadır

"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubunda baxışdadır

Fərdi
Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Fərdi
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub