Sven Serre: "Azərbaycanın badminton üzrə Avropa çempionatı keçirmək üçün böyük potensialı var"

Sven Serre: "Azərbaycanın badminton üzrə Avropa çempionatı keçirmək üçün böyük potensialı var"

"Azərbaycanın Avropa çempionatı keçirmək üçün böyük potensialı var".

"Report"un məlumatına görə, bunu Avropa Badminton Konfederasiyasının Bakıda keçirilən konqresində quruma prezident seçilən Sven Serre Milli Gimnastika Arenasında jurnalistlərlə görüşü zamanı deyib.

Belçikalı funksioner bildirib ki, buradakı infrastruktur Avropada ən yaxşılardandır: "Ölkəniz gələcəkdə qitənin bir sıra nüfuzlu turnirlərinə ev sahibliyi edə bilər".

O, Azərbaycanın hazırda Avropada kiçik badminton ölkəsi kimi tanındığını, amma bu idman növünün inkişafda olduğunu vurğulayıb: "Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovla çox yaxşı danışıqlarımız oldu. Buradakı infrastrukturu, məşq mərkəzlərini mənə göstərdi. Hər şeyi yenidən qururlar. Badminton və parabadmintonda yaxşı idmançılarınız var. Azərbaycan Polşadakı III Avropa Oyunlarında təmsil olunacaq. Bu, ölkədə badmintonun inkişafı üçün çox vacibdir".

Serrenin sözlərinə görə, quruma prezident seçilməsi irəliyə doğru böyük addımdır: "Seçkilərə nəzər salsaq, üzvlər həqiqətən dəyişiklik, yenilik istəyirdi. Həm idmançılar, həm də üzvlərlə bağlı proqramı təqdim etdim. Avropa Badminton Konfederasiyası nəhəng qurumdur. Dünya səviyyəsinə baxsaq, xeyli sayda idmançımız var. Badminton dünyada olduqca populyardır. Tokio olimpiadası zamanı telekanallarda ən çox izlənilən idman növlərindən biri olub".

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçularından 1-i yarımfinala, 2-si 1/4 finala çıxıb

Avropa çempionatı: Azərbaycan cüdoçularından 1-i yarımfinala, 2-si 1/4 finala çıxıb

Fərdi
Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Fərdi
Şəkidəki ilk idman festivalından - Reportaj

Şəkidəki ilk idman festivalından - Reportaj

Fərdi
Azərbaycan taekvondoçuları Mançesterdə Qran Pridə iştirak edəcək

Azərbaycan taekvondoçuları Mançesterdə Qran Pridə iştirak edəcək

Fərdi
Braziliyalı əfsanəvi boksçu vəfat edib

Braziliyalı əfsanəvi boksçu vəfat edib

Fərdi
Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Fərdi
Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın proqramı açıqlanıb

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın proqramı açıqlanıb

Fərdi
Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Fərdi
Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib