Premyer Liqa: "Qəbələ" Sumqayıtda əzmkar qələbə qazanıb

Premyer Liqa: "Qəbələ" Sumqayıtda əzmkar qələbə qazanıb

Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub.

"QELEBE.AZ"un məlumatına görə, bağlanış oyununda "Qəbələ" Sumqayıtda eyniadlı komandanın qonağı olub. "Kapital Bank Arena"da keçirilən görüş "qırmızı qaralar"ın əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.

Qolların hamısı ikinci hissədə vurulub. Hesabı 58-ci dəqiqədə "gənclik şəhəri" təmsilçisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli açıb. 5 dəqiqə sonra Kərim Abubakar komandasının üstünlüyü 2 topa çatdırıb. 74-cü dəqiqədə qonaqlardan Omar Hani buraxılan qollardan birinin əvəzini çıxıb. 78-ci dəqiqədə Emin Səfərov tarazlığı bərpa edib. Son nöqtəni isə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Ramon Maçado qoyub.

Bu nəticədən sonra xallarını 45-ə çatdıran "Qəbələ" 4-cü pillədəki mövqeyini möhkəmlədib. 25 xalı olan "Sumqayıt" isə 8-ci sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki üç matçlarında "Şamaxı" "Kəpəz"lə, "Neftçi" "Səbail"lə 1:1, "Qarabağ" "Zirə" ilə 2:2 hesablı heç-heçə edib, "Sabah" isə səfərdə "Turan Tovuz"u iki cavabsız qolla üstələyib.

17:11

Azərbaycan Premyer Liqasının XXXI turunun bağlanış oyununda üz-üzə gələcək "Sumqayıt" və "Qəbələ"nin start heyətləri açıqlanıb.

"QELEBE.AZ" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Sumqayıt": 25. İlnur Valiev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 5. Stiven Pereyra, 9. Karim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 56. Ayxan Qocayev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 7. Terrens Tisdel, 37. Alya Ture
Baş məşqçi: Samir Abasov

"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

Qeyd edək ki, Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Futbol
"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb

"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb

Futbol
Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Futbol
Edinson Kavaninin yeni klubu müəyyənləşib

Edinson Kavaninin yeni klubu müəyyənləşib

Futbol
Azərbaycan millisinin qapıçısı: "Hədəf qrupu ilk pillədə başa vurmaqdır"

Azərbaycan millisinin qapıçısı: "Hədəf qrupu ilk pillədə başa vurmaqdır"

Futbol
“Sevilya” İsko ilə müqaviləni ləğv edib

“Sevilya” İsko ilə müqaviləni ləğv edib

Futbol
Pike karyerasının son matçında qırmızı vərəqə alıb

Pike karyerasının son matçında qırmızı vərəqə alıb

Futbol
“Mançester Siti” 2022-ci ilin ən yaxşı komandası olub

“Mançester Siti” 2022-ci ilin ən yaxşı komandası olub

Futbol
Uels millisi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

Uels millisi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

Futbol
Son dünya çempionu qələbə ilə başlayıb

Son dünya çempionu qələbə ilə başlayıb

Futbol
"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub

"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
Ötən ilin simvolik komandası açıqlanıb

Ötən ilin simvolik komandası açıqlanıb

Futbol
Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb

Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb