Erlinq Holann Premyer Liqada yeni rekord qırıb

"Mançester Siti" klubunun futbolçusu Erlinq Holann İngiltərə Premyer Liqasında "Liverpul"un oyunçusu Məhəmməd Salahın rekordunu qırıb.

"QELEBE.AZ" xəbər verir ki, 23 yaşlı hücumçu buna "Arsenal"a 4:1 hesabı ilə qalib gəldikləri XXXIII tur oyununda nail olub.

Komandasının sonuncu qoluna imza atan forvard cari mövsüm çempionatda 33-cü dəfə fərqlənib.

Norveçli hücumçu 2017/2018 mövsümündə 32 dəfə rəqib qapılarına yol tapan Salahın rekordunu geridə qoyub.

İngiltərə Premyer Liqasının mütləq rekordu 34 qolla Endi Koul və Alan Şirerə məxsusdur. Koul 1993/1994, Şirer isə 1994/1995 mövsümündə rəqib qapılarına 34 top vurub. Lakin bu nailiyyətlə 42 matçlıq mövsümdə gerçəkləşib. Hazırda turnir 38 turdan ibarətdir.

Qeyd edək ki, Erlinq Holann "şəhərlilər"in heyətində bütün turnirlərdə 43 oyunda 49 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbol
“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

"Mançester Yunayted" Niderland millisinin ulduzu üçün danışıqlara başlayıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i məğlub edib

Çempionlar Liqası: Daha 3 komanda 1/8 finala vəsiqə qazanıb

“Sabah” klubu Murad Musayevlə müqaviləni uzadıb

Ermənistan Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb

“Barselona” İspaniya Superkubokunda rekordu yeniləyib

Tarixə düşmüş futbolçu avtomobil qəzasında ölüb

Çempionlar Liqası: "İnter", "Liverpul" və "Portu" 1/8 finala yüksəlib

"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

DÇ-2022: Mərakeş millisi yarımfinalda, Portuqaliya mundialla vidalaşıb

PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir