“Formula 1” günlərində AAF tərəfindən Bakı Kartinq turniri keçirilib

“Formula 1” günlərində AAF tərəfindən Bakı Kartinq turniri keçirilib

Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-prisi günlərinə rəng qatan daha bir tədbir aprelin 29-da keçirilən Bakı Kartinq turniri olub.

"Report"un məlumatına görə, Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə keçirilən yarışda 16 yaşadək yeniyetmələr mübarizə aparıblar.

Su İdmanı Sarayında yerləşən Bakı Kartinq Mərkəzində (BKM) təşkil edilən yarışda 12 yerli pilot iştirak edib.

10-16 yaş arasında olan pilotlar iki mərhələdə - təsnifat və final mərhələlərində mübarizəyə qoşulublar. İlk iki sıralama turlarının hər birində 6 yeniyetmə sürücü mübarizəyə qoşulub. İlk 3 pilləni tutan sürücülər final mərhələsinə vəsiqə qazanıb.

Gərgin idman mübarizəsi ilə yadda qalan final mərhələsində 14 yaşlı Raul Təhməzli bütün rəqiblərini geridə qoymağı bacarıb. 54,178 saniyəlik dövriyyə rekordu ilə hamıdan önə keçən Raul yekunda birinci pillənin sahibi olub. İkinci yeri Rüfət Əhmədov (55,120 saniyə), 3-cü pilləni isə 12 yaşlı Niyazi Qurbanov (55,434 saniyə) tutub.

Finalda qalib gələnlər Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən kubok və sertifikatlar ilə mükafatlandırılıb. Həmçinin yarışa qatılan digər 9 yeniyetmə sürücüyə də iştirakçı sertifikatları təqdim edilib.

Qalib pilotlar yekunda verdikləri müsahibələrdə gələcəkdə daha böyük turnirlərdə və beynəlxalq yarışlarda iştirak etmək istədiklərini bildiriblər. Raul Təhməzli və Rüfət Əhmədov gələcəkdə “Formula 1” pilotu olmaq arzusunda olduqlarını və buna görə həvəslə bu idman növünü seçdiklərini bildiriblər. Yarışın yaşca ən kiçik iştirakçılarından olan və yekunda 3-cü pilləni tutan Niyazi isə yanvarın 31-də keçirilən kartinq yarışında sonuncu yeri tutmasına baxmayaq, bu dəfə daha əzmkar mübarizə apardığını deyib: “Tutduğum yerdən çox razıyam, keçən dəfə sonuncu olsam da, bu gün qaliblər arasına düşməyi bacardım. Buna görə müəllimlərimə təşəkkür edirəm”.

Fərdi
Azərbaycan idmançılarının noyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının noyabr üçün reytinq cədvəli bəlli olub

Fərdi
"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub

"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub

Fərdi
Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Fərdi
Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Fərdi
Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Fərdi
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Fərdi
Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Fərdi
Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Fərdi
Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Fərdi
Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq

Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Fərdi
Məmmədyarovun rusiyalı şahmatçı ilə görüşündə məzəli hadisə baş verib

Məmmədyarovun rusiyalı şahmatçı ilə görüşündə məzəli hadisə baş verib