Azərbaycanın daha 2 boksçusu dünya çempionatında mərhələ adlayıb

Azərbaycanın daha 2 boksçusu dünya çempionatında mərhələ adlayıb

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatı davam edir.

Federasiyadan apasport.az saytına verilən məlumata görə, mundialın ikinci günündə Azərbaycan millisinin daha 3 idmançısı mübarizəyə qoşulub.

Mirşərif Kazımzadə (75 kq) 1/32 final çərçivəsində Edvin Ovuoru (Keniya) sınağa çəkib. Döyüş təmsilçimizin 4:1 (28:29, 30:27, 30:27, 29:28, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb. Kazımzadə 1/16 finalda ilk mərhələdən azad olan Salvatore Kavalyaro (İtaliya) ilə qarşılaşacaq. Görüş mayın 7-də olacaq.

Murad Allahverdiyev (80 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. Tacikistanlı Şabbos Neqmatullayevlə (Tacikistan) üz-üzə gələn boksçumuz 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesablı qələbə sayəsində 1/16 finala yüksəlib. O, ikinci döyüşünü mayın 5-də qazaxıstanlı Nurbek Oralbaya qarşı keçirəcək.

Onlardan fərqli, Malik Həsənov (63,5 kq) dünya çempionatında çıxışını başa vurub. 1/32 finalda Bilgə Kanlı (Türkiyə) ilə döyüşən boksçumuz hakimlərin əlavə xalına əsasən məğlub olub.

Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı mundialın üçüncü günündə Tayfur (60 kq) və Sərxan (71 kq) Əliyev qardaşları rinqə çıxacaq.

Döyüş növləri
Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazanıb - FOTO

Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazanıb - FOTO

Döyüş növləri
Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Döyüş növləri
Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Döyüş növləri
Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Döyüş növləri
Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Döyüş növləri
Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Döyüş növləri
Beynəlxalq turnirdə finala yüksələn Azərbaycan boksçularının sayı 5-ə çatıb

Beynəlxalq turnirdə finala yüksələn Azərbaycan boksçularının sayı 5-ə çatıb

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Döyüş növləri
Azərbaycanın 9 boksçusu Avropa birinciliyinin 1/4 finalında mübarizə aparacaq

Azərbaycanın 9 boksçusu Avropa birinciliyinin 1/4 finalında mübarizə aparacaq

Döyüş növləri
ABŞ-ın güləş üzrə elçiləri Azərbaycanda səfərdədir

ABŞ-ın güləş üzrə elçiləri Azərbaycanda səfərdədir

Döyüş növləri
Azərbaycan birinciliyində Oğlan boksçular arasında 1/4, qızlar arasında finalçılar müəyyənləşib

Azərbaycan birinciliyində Oğlan boksçular arasında 1/4, qızlar arasında finalçılar müəyyənləşib

Döyüş növləri
Taekvondo üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb

Taekvondo üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb