Abdullah Zubir: “Neftçi” asanlıqla təslim olacaq komanda deyil” - MÜSAHİBƏ

Abdullah Zubir: “Neftçi” asanlıqla təslim olacaq komanda deyil” - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XXXII turunda “Neftçi”nin qonağı olan “Qarabağ” 4:2 hesablı qələbə qazanaraq, çempionluq yolunda daha bir önəmli addım atıb.

Ağdam təmsilçisinin qalibiyyətində fransalı yarımmüdafiəçi Abdullah Zubir də pay sahibi olub.

Qarşılaşmanı yüksək səviyyədə keçirən 32 yaşlı hücumameyilli oyunçu son nöqtəni qoyan qola da imza atıb.

Mərakeş əsilli futbolçu oyunla bağlı “Report”un suallarını cavablandırıb.

- “Neftçi” üzərində 4:2 hesablı qələbə qazandınız. Oyun barədə nə deyə bilərsiniz?
- Bu nəticəyə görə çox xoşbəxtik. “Neftçi” kimi rəqibə səfərdə qalib gəldiyimiz üçün sevincliyik. Əsas 3 xal qazanmaq idi, bunu da bacardıq.

- Rəqibin müdafiəçisi Vojislav Stankoviç 31-ci dəqiqədə qırmızı vərəqə aldı. Demək olar ki, bu amil işinizi daha da asanlaşdırdı?
- Xeyr, heç də asan olmadı. Çünki “Neftçi” asanlıqla təslim olacaq komanda deyil. Rəqib müdafiədə kompakt oynayır, sürətli əks-hücumlara çıxırdı. Hətta əks-hücumların birində qol da vurdular. İkinci hissədə daha bir dəfə fərqləndilər. Bir sözlə, asan oyun olmadı.

- 80-ci dəqiqədə baxımlı qola imza atdınız...
- Nə deyə bilərəm? Top gələrkən rəqib qapısına tərəf yaxşı çevrildim. Ondan sonra fikrim yalnız irəliləyib qol vurmaq idi. Fərqləndiyim üçün sevincliyəm.

- “Neftçi” artıq iki ildir ki, “Qarabağ”ı məğlub edə bilmir. Bu, paytaxt təmsilçisinin sizin üçün asan rəqib olduğu anlamına gəlmir?
- Bu fikirlə razılaşmıram. “Neftçi” heç vaxt asan rəqib olmayıb. Statistikanı dəqiq bilmirəm, ancaq biz bu qarşılaşmalara çox ciddi hazırlaşırıq. Onların heyətində hər zaman təhlükə yarada biləcək keyfiyyətli futbolçular var.

- Bir müddətdir ki, Azərbaycan millisində çıxış edəcəyinizlə bağlı məlumatlar yayılır. Bu, nə dərəcədə realdır?
- Gələcəyin necə olacağını bilmirəm. Həqiqətən bu barədə heç nə deyə bilmərəm.

- Eyni zamanda, adınız Türkiyə klubu “Samsunspor”la birgə hallanır. Ora köçməklə bağlı planınız varmı?
- Bu barədə də nəsə deyə bilmərəm. Çünki “Qarabağ”la müqaviləm davam edir.

- Yeni uzunmüddətli müqavilə barədə düşünmürsünüz?
- Buna rəhbərlik qərar verəcək.

Futbol
Boks üzrə Azərbaycan çempionatında növbəti medalçılar müəyyənləşib

Boks üzrə Azərbaycan çempionatında növbəti medalçılar müəyyənləşib

Futbol
Messi dünya rekordunu təkrarlayıb

Messi dünya rekordunu təkrarlayıb

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun üçün səyahət çox çətindir"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun üçün səyahət çox çətindir"

Futbol
Pele yenidən xəstəxanaya yerləşdirilib

Pele yenidən xəstəxanaya yerləşdirilib

Futbol
Samir Abasov: "Qarabağ"a qarşı oynamaq həddindən artıq çətindir"

Samir Abasov: "Qarabağ"a qarşı oynamaq həddindən artıq çətindir"

Futbol
Konfrans Liqasının püşkü atılıb

Konfrans Liqasının püşkü atılıb

Futbol
“Turan Tovuz”la oyun Ramil Şeydayev üçün ikiqat yubileylə əlamətdar olub

“Turan Tovuz”la oyun Ramil Şeydayev üçün ikiqat yubileylə əlamətdar olub

Futbol
“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

Futbol
AFFA "Zirə"yə texniki məğlubiyyət verib

AFFA "Zirə"yə texniki məğlubiyyət verib

Futbol
PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib

PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib

Futbol
Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib

Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib

Futbol
Ronaldo: “PSJ-yə keçməyi xəyal edirəm”

Ronaldo: “PSJ-yə keçməyi xəyal edirəm”