“Neftçi” – “Qarabağ”: Rekord təkrarlandı, 100-cü qol gələn mövsümə qaldı – STATİSTİKA

“Neftçi” – “Qarabağ”: Rekord təkrarlandı, 100-cü qol gələn mövsümə qaldı – STATİSTİKA

“Qarabağ”la “Neftçi” arasında keçirilən Azərbaycan derbilərində qol rekordu təkrarlanıb.

“QELEBE.AZ”un araşdırmasına görə, tarixdə ikinci dəfə əzəli rəqiblərin rəsmi matçlardakı duelində 6 qol qeydə alınıb.

Bu, Premyer Liqanın XXXII turunda “Bakcell Arena”da baş tutan görüşə təsadüf edib. Dünənki qarşılaşmaya qədər yalnız bir dəfə bu komandaların duelində azarkeşlər 6 qola şahidlik etmişdilər. Bu da 2020-ci ildə yenə eyni məkanda baş tutan matçda olub. Üç il əvvəlki oyunda ağdamlılar rəqibi 6 dəfə mərkəzə dəvət etmişdilərsə, bu dəfə Qurban Qurbanovun kollektivinin 4 topuna rəqib 2 qolla qarşılıq verib. Nəticədə “köhlən atlar” səfərdə 4:2 hesablı qələbəyə seviniblər.

Həmçinin, tarixdə ilk dəfə “Neftçi” ilə “Qarabağ”ın görüşündə belə hesab qeydə alınıb. İndiyə qədər heç vaxt 2:4 və ya 4:2 hesabı olmamışdı.

Buna qədər altı dəfə 5 qol, on iki dəfə isə 4 qol qeydə alınıb. Ağdamlılar iki görüşdə 4:1 hesabına seviniblər. Dörd halda komandalardan biri 3:2, altı dəfə isə 3:1 hesablı qələbə qazanıb. Eyni zamanda, “Qarabağ” iki, “Neftçi” bir dəfə rəqibini 4 cavabsız qolla üstələyib. Üç duel isə 2:2 hesabı ilə yekunlaşıb.

Ümumiyyətlə, müstəqillik illərində “Neftçi” ilə “Qarabağ” 108 rəsmi matçda qarşılaşıblar. Bunun 89-u çempionat, 19-u isə ölkə kubokunda baş tutub. Daha 3 matçda isə “Qarabağ”a texniki məğlubiyyət verilib.

“Köhlən atlar” dünən “Neftçi” üzərində 44-cü qalibiyyətini əldə edib. Texniki nəticələri nəzərə almasaq, “ağ-qaralar”ın da aktivində 27 qələbə var. 37 qarşılaşma da sülhlə başa çatıb.

Ümumi top fərqində də “Qarabağ”ın böyük üstünlüyü diqqət çəkir. Bölgə təmsilçisi 134 dəfə rəqibini mərkəzə dəvət edib. Dünən iki dəfə fərqlənən bakılılar isə əzəli rəqibinin qapısından keçirdiyi qol sayını 99-a çatdırıblar. Yəni “Neftçi”nin növəti qolu “Qarabağ”la qarşılaşmalardakı 100-cü top olacaq. Bu isə ən yaxşı halda 2023/2024 mövsümündə reallaşa bilər.

Qeyd edək ki, Premyer Liqada mövsümün sonuna dörd tur qalmış “Qarabağ” 81 xalla turnir cədvəlinə liderlik edir. Aktivində 61 xal olan “Neftçi” isə üçüncü yeri təmin edib.

Futbol
Kadi Borges: "Frayburq"la oyunun taleyini xırda detallar həll etdi"

Kadi Borges: "Frayburq"la oyunun taleyini xırda detallar həll etdi"

Futbol
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Lids"i məğlub edib

İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Lids"i məğlub edib

Futbol
FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

Futbol
İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

Futbol
Messi və Ronaldo ilə görüş üçün biletə 2,66 milyon dollar təklif olunub

Messi və Ronaldo ilə görüş üçün biletə 2,66 milyon dollar təklif olunub

Futbol
Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir"

Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir"

Futbol
“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

Futbol
Azərbaycan yığmasının bir rəqibi qələbə qazanıb, digəri uduzub

Azərbaycan yığmasının bir rəqibi qələbə qazanıb, digəri uduzub

Futbol
Azərbaycan derbisində topa ilk zərbəni erməni terroru zamanı valideynlərini itirmiş uşaq vuracaq

Azərbaycan derbisində topa ilk zərbəni erməni terroru zamanı valideynlərini itirmiş uşaq vuracaq

Futbol
Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Futbol
"Qarabağ"a qol vuran futbolçu: "Heç-heçə ədalətli nəticədir"

"Qarabağ"a qol vuran futbolçu: "Heç-heçə ədalətli nəticədir"

Futbol
Avstriyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Avstriyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxa bilər