AFFA İntizam Komitəsi klubları Azərbaycan Kubokuna görə cəzalandırıb

AFFA İntizam Komitəsi klubları Azərbaycan Kubokuna görə cəzalandırıb

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarındakı neqativ hallara görə klubları cəzalandırıb.

“QELEBE.AZ” xəbər verir ki, ən böyük sanksiya “Neftçi”nin tərcüməçisi Vüqar Əliyevə verilib.

O, “Turan Tovuz”la matçın 90+8-ci dəqiqəsində qonaqların rəsmi şəxslərinə qarşı qeyri-etik ifadə və hərəkətlər etdiyinə görə, Azərbaycan Kubokunda 5 oyunluq diskvalifikasiyaya məruz qalıb. Bu davranış klubu da 4000 manat ziyana salıb.

Bundan başqa, azarkeşlər tərəfindən meydançaya kənar əşya atılması, həmçinin, meydançaya kənar şəxslərin daxil olması, görüş bitdikdən sonra arenaya və dəlizə “A Buraxılışı” olmayan insanların girməsi və fanatların kütləvi şəkildə qeyri-etik ifadələr işlətməsi “Neftçi”nin daha 8000 manat məbləğində cərimələnməsinə səbəb olub.

“Qəbələ” ilə qarşılaşmada qırmızı vərəqə alan “Səbail”in futbolçularının cəzaları da bilinib. Vüqar Həsənov, Qustavo de Fransa və Adil Nağıyev bir matçı buraxmalı olacaqlar. Bu, bakılıları ümumilikdə 5400 manat zərərə salıb.

Eyni zamanda, oyun bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması, kənar əşyaların atılması və azarkeşlərin rəsmi şəxslərin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlətməsi ucbatından “Səbail” daha 7200 manat cərimələnib.

Matçın ardından “Qəbələ” azarkeşləri pirotexniki vasitələrdən istifadə ediblər ki, bu, bölgə təmsilçisini 800 manat ziyana salıb. “Qəbələ” 4 futbolçusu sarı vərəqə aldığı üçün də 800 manatlıq cəriməyə məruz qalıb.

Futbol
“Neftçi”nin hücumçusu: “Çempionlar Liqasında oynamaq istəyirəm”

“Neftçi”nin hücumçusu: “Çempionlar Liqasında oynamaq istəyirəm”

Futbol
"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb

"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub

Futbol
Lüdovik Blas: "Qarabağ"la oyuna hazırıq"

Lüdovik Blas: "Qarabağ"la oyuna hazırıq"

Futbol
2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd seçilib

2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd seçilib

Futbol
DÇ-2022: Kosta-Rika Yaponiyanı məğlub edib

DÇ-2022: Kosta-Rika Yaponiyanı məğlub edib

Futbol
Tahir Gözəl: “Konfrans Liqasında sözümüzü deyəcəyik”

Tahir Gözəl: “Konfrans Liqasında sözümüzü deyəcəyik”

Futbol
Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Futbol
İlin futbolçusu adına namizədlər açıqlanıb

İlin futbolçusu adına namizədlər açıqlanıb

Futbol
"Arsenal" Premyer Liqada rekorda imza atıb

"Arsenal" Premyer Liqada rekorda imza atıb

Futbol
“Çelsi” Tomas Tuxeli istefaya göndərib

“Çelsi” Tomas Tuxeli istefaya göndərib

Futbol
“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır

“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır