“Naxçıvan marafonu-2023” keçirilib

“Naxçıvan marafonu-2023” keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən “Naxçıvan marafonu-2023” keçirilib.

“QELEBE.AZ”un yerli bürosu xəbər verir ki, yarışda iştirak üçün ümumilikdə 2 500 nəfər qeydiyyatdan keçib. Yarışda həmçinin dövlət qulluqçuları, hərbçilər, mədəniyyət və incəsənət adamları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, idmançılar, paralimpiyaçılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Muxtar respublikada fəaliyyət göstərən 60-dan çox təşkilat və şirkətin təmsilçiləri də yarışa qoşulub

Olimpiya İdman Kompleksinin qarşısından Uzunoba gölü ətrafınadək əhatə edən marşrut boyu hər iki kilometrdən bir yaradılmış yardım məntəqələri marafonçuları su və ilkin tibbi yardımla təmin edib.

Yarışın fan zonası finiş nöqtəsində - “Marafon party” təşkil olunub. Burada iştirakçılar üçün xüsusi proqramlar, hədiyyəli oyunlar və sərin içkilər təqdim edilib.

Sonra “Naxçıvan marafonu-2023”ün qaliblərinin mükafatlandırma mərasimi olub. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qaliblər iki kateqoriya – kişi və qadınlar üzrə müəyyən olunub. Kişilər üzrə 1-ci yerin qalibi Əmrah Nağıyev, 2-ci yerə Mahir İbrahimov, 3-cü yerə isə Abbas Allahverdiyev, qadınlar üzrə 1-ci yerin qalibi Aysu Abbasova, 2-ci yerin qalibi Sevinc Əliyeva, 3-cü yerin qalibi isə Zeynəb Babayeva olub. Kateqoriyaların hər birində ilk yerin sahibləri 1 000, ikinci yeri tutanlar 500, üçüncü yerə çıxanlar isə 300 manat məbləğində mükafatla təltif ediliblər. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, təhsil naziri, Altletika Federasiyasının sədri Rəhman Məmmədov və digər şəxslər təqdim ediblər.

Fərdi
Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Fərdi
Rusiya və Belarus tennisçiləri Avstraliya Açıq çempionatına buraxılacaqlar

Rusiya və Belarus tennisçiləri Avstraliya Açıq çempionatına buraxılacaqlar

Fərdi
MOK rəsmisi: "Azad edilmiş ərazilərdə mütləq idman infrastrukturu da olacaq"

MOK rəsmisi: "Azad edilmiş ərazilərdə mütləq idman infrastrukturu da olacaq"

Fərdi
Baş katib: “Azərbaycan cüdosunda hazırda çatışmayan 3 əsas məqam var”

Baş katib: “Azərbaycan cüdosunda hazırda çatışmayan 3 əsas məqam var”

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Fərdi
Bakıdakı "Formula 1" yarışının endirimli biletləri satışa çıxarılıb

Bakıdakı "Formula 1" yarışının endirimli biletləri satışa çıxarılıb

Fərdi
Braziliyalı əfsanəvi boksçu vəfat edib

Braziliyalı əfsanəvi boksçu vəfat edib

Fərdi
Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Fərdi
Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq

Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq

Fərdi
Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazanıb

Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazanıb

Fərdi
Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Fərdi
"Formula 1" üzrə Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib

"Formula 1" üzrə Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib