Fövqəladə Hallar Nazirliyi dövlət qurumları arasında keçirilən minifutbol turnirinin qalibi olub

Fövqəladə Hallar Nazirliyi dövlət qurumları arasında keçirilən minifutbol turnirinin qalibi olub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda dövlət qurumlarının 50-dən çox komandası mübarizə aparıb.

2022-ci ilin noyabrında start götürən turnirin həlledici oyununda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Fövqəladə Hallar Nazirliyinin (FHN) kollektivləri qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə ilə nəticələnib. Penaltilər seriyasında isə daha dəqiq oynayan FHN komandası turnirin qalibi adını qazanıb. Beləliklə, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirin çempionu FHN, ikinci yeri DTX, üçüncü yeri isə SOCAR tutub.

Görüş başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda və digərləri təqdim ediblər.

Turnirin ən yaxşı oyunçusu Əli Səfərov (DTX), bombardiri Səttar Qədirov (33 qol, FHN), ən yaxşı qapıçı Yəhya Nağıyev (FHN) seçilib, “fair-play” nominasiyasında Xarici İşlər Nazirliyinin komandası mükafatlandırılıb.

Futbol
"Frayburq" qapıçısı ilə müqaviləni uzadıb

"Frayburq" qapıçısı ilə müqaviləni uzadıb

Futbol
Robert Levandovskiyə üç, karyerasını bitirən Pikeyə dörd oyunluq cəza verilib

Robert Levandovskiyə üç, karyerasını bitirən Pikeyə dörd oyunluq cəza verilib

Futbol
Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

Futbol
"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

Futbol
Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
"Şamaxı" komandası növbəti transferini gerçəkləşdirib

"Şamaxı" komandası növbəti transferini gerçəkləşdirib

Futbol
Klub prezidenti: “Qarabağ”a məğlubiyyət bizi zülmdən qurtarıb”

Klub prezidenti: “Qarabağ”a məğlubiyyət bizi zülmdən qurtarıb”

Futbol
Ukrayna millisinin sabiq futbolçusu "Şaxtyor"a qayıdıb

Ukrayna millisinin sabiq futbolçusu "Şaxtyor"a qayıdıb

Futbol
Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri "Qarabağ"a dəstək olacaq

Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri "Qarabağ"a dəstək olacaq

Futbol
DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub

DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub

Futbol
Avropa çempionatı: Azərbaycanın MMA döyüşçüləri 5 medal qazanıb

Avropa çempionatı: Azərbaycanın MMA döyüşçüləri 5 medal qazanıb

Futbol
Mahir Emreli "Milan"a qarşı da oynamayacaq

Mahir Emreli "Milan"a qarşı da oynamayacaq