Fərid Qayıbov: “İnanıram ki, olimpiadadakı medallarımızın sayı artacaq”

Fərid Qayıbov: “İnanıram ki, olimpiadadakı medallarımızın sayı artacaq”

“İnanıram ki, olimpiadadakı medallarımızın sayı artacaq. Çünki Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən idmançılara daim qayğı göstərilir”.

“QELEBE.AZ” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən güllə atıcılığı üzrə Dünya Kuboku-2023-ün açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Dünya Kuboku artıq ənənəvi hal daşıyır: “Ötən il də 60-dan artıq ölkənin iştirakı ilə yarış baş tutmuşdu. Budəfəki turnirə 66 ölkə təmsilçiləri qatılıblar. Yüksək səviyyəli təşkilatçılığa görə, Azərbaycan Atıcılıq Federasiyasına təşəkkürümü bildirirəm. Builki dünya çempionatının Azərbaycana həvalə edilməsinin səbəblərindən biri də budur. Avqustda bu idman növündə lisenziya xarakterli irimiqyaslı yarış olacaq. Bu turnirlər Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilində keçirilir. Simvolik haldır ki, güllə atıcılığı üzrə olimpiadada yeganə qızıl medalımız məhz Ulu Öndərin prezidentliyi dövründə əldə olunub”.

F. Qayıbov Bakı Atıcılıq Mərkəzinin böyük yarışlar qəbul etmək gücündə olduğunu sözlərinə əlavə edib: “Həm Dünya Kuboku, həm də avqustda keçiriləcək dünya çempionatı ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Dünyada 6-8 belə kompleks var. Bu kompleksi saxlamaq da lazımdır. Hər dəfə təmirə, müəyyən dəyişikliklərə ehtiyac olur. Edilən dəyişiklikləri də federasiya tərəfindən mənə göstərdilər. Biz tam hazırıq. Beynəlxalq Atıcılıq Federasiyanın nümayəndəsi də bildirdi ki, yarışlar çox yüksək səviyyədə təşkil olunub”.

Qeyd edək ki, güllə atıcılığı üzrə Dünya Kuboku mayın 14-dək davam edəcək.

Fərdi
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Fərdi
Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Fərdi
Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü köpək balığı kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü köpək balığı kimi hiss edirəm"

Fərdi
Azərbaycan para-pauerliftinqçisi Tbilisidə bürünc medal qazanıb

Azərbaycan para-pauerliftinqçisi Tbilisidə bürünc medal qazanıb

Fərdi
Azərbaycan karateçisi Türkiyədə beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycan karateçisi Türkiyədə beynəlxalq turnirdə finala yüksəlib

Fərdi
Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Fərdi
Regionlarda ağırlıqqaldırma zalları istifafəyə verilib

Regionlarda ağırlıqqaldırma zalları istifafəyə verilib

Fərdi
Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Fərdi
Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib