“Zaqatala”nın prezidenti: “Premyer Liqa hazırlığına başlamaq üçün AFFA-nın qərarını gözləyirik”

“Zaqatala”nın prezidenti: “Premyer Liqa hazırlığına başlamaq üçün AFFA-nın qərarını gözləyirik”

“Premyer Liqa hazırlığına başlamaq və heyəti formalaşdırmaq üçün AFFA İcraiyyə Komitəsinin qərarını gözləyirik”.

Bunu “Report”a açıqlamasında “Zaqatala” klubunun prezidenti Musa Qurbanov AFFA Lisenziya Komissiyasının qərarı ilə yüksək liqada iştirak üçün lisenziya almalarına münasibət bildirərkən deyib.

M.Qurbanov əlavə edib ki, komissiyanın qərarı sənədləşmənin qaydasında olduğu anlamına gəlir: “Biz bütün meyarlara cavab vermişik, sənədlərimiz də qəbul olunub. Yalnız Premyer Liqada 12 komandanın iştirakı qərara alınsa, biz də qatılacağıq. Əks təqdirdə, çətin olacaq. Komanda sayının artırılması məsələsini soruşmuşam, amma konkret cavab yoxdur. Mətbuatda oxuyuruq ki, sayın 12-yə çatdırılması gündəmdə var”.

Məsələ ilə bağlı “Report”un sorğusunu cavablandıran AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov da Premyer Liqada komanda sayını onların müəyyənləşdirmədiyini söyləyib: “Müraciət edən 16 klubdan 12-si minimal standartlara cavab verib. Lisenziya Komissiyası və ya Lisenziyalaşdırma Qrupu çempionatın formatını müəyyənləşdirmir. Biz sadəcə müraciət edən klubun standartlara cavab verib-vermədiyinə baxırıq. Məsələn, 16 klubun hamısı tələb olunan sənədləri versəydi, o demək deyil ki, çempionatda komanda sayı 16-ya yüksələcəkdi. Əsasnaməyə uyğun olaraq, idman prinsipləri qüvvəyə minir”.

Qrup rəhbəri maliyyə meyarı ilə bağlı tələblərini də açıqlayıb: “Maliyyə meyarlarında tələblərimiz odur ki, klubun futbolçulara, vergi orqanlarına, sosiala və s. qurumlara borcu olmasın. Əvvəlki mövsümlərdə klub Premyer Liqaya lisenziya almırdısa, bu, onun vəziyyətinin pis olması anlamına gəlmirdi. Bəzi hallarda klub ərizə ilə müraciət edib, amma sənədləri verməyib, işi axıra qədər görməyib. Avtomatik olaraq meyar yerinə yetirilməmiş hesab olunur. Bu halda klubun maliyyə durumunun pis olduğunu deyə bilmərəm”.

Qeyd edək ki, AFFA Lisenziya Komissiyasının qərarın əsasən, Premyer Liqanın 10, Birinci Divizionun isə 2 klubuna (“Araz-Naxçıvan”, “Zaqatala”) yüksək liqada iştirak üçün lisenziya verilib.

Futbol
Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiakos"la qarşılaşacaq

Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiakos"la qarşılaşacaq

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçularda qəzəb var"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçularda qəzəb var"

Futbol
İranda tanınmış futbolçular tutulub

İranda tanınmış futbolçular tutulub

Futbol
“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Futbol
Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"

Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"

Futbol
“Qarabağ”ın zədəli futbolçularının son vəziyyəti açıqlanıb

“Qarabağ”ın zədəli futbolçularının son vəziyyəti açıqlanıb

Futbol
Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Futbol
Mbappe PSJ-ni tərk etmək istəyir

Mbappe PSJ-ni tərk etmək istəyir

Futbol
Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Futbol
Afrikalı futbolçu "Neftçi" ilə vidalaşıb

Afrikalı futbolçu "Neftçi" ilə vidalaşıb

Futbol
AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"