Nazirlik Aykido Aikikai İctimai birliyinə federasiya statusu verilməməsinə aydınlıq gətirib

Nazirlik Aykido Aikikai İctimai birliyinə federasiya statusu verilməməsinə aydınlıq gətirib

"Gənclər və İdman Nazirliyinin (AGİN) apardığı islahatlardan biri də eyni istiqamətli federasiyaların, ictimai birliklərin, klubların vahid assosiasiya tərkibində fəaliyyət göstərməsidir".

Bu barədə "QELEBE.AZ"un sorğusuna cavab olaraq AGİN-dən bildirilib.

Qeyd edilib ki, federasiyaların sayının həddən çox olması bu gün aktual problemlərdən biridir: "Nazirlik Aykido Aikikai İctimai birliyinə də digər oxşar ictimai birliklər kimi Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasına daxil olmağı tövsiyə edir".

Xatırladaq ki, Azərbaycan Aykido Aikikai İctimai Birliyinin sədri İlham Quliyev "QELEBE.AZ"a açıqlamasında federasiya statusu almaq üçün Gənclər və İdman Nazirliyinə dəfələrlə müraciət etdiklərini söyləyib: “Müsabiqə elan olunub, biz də sənədlərimizi təqdim etmişik. Bununla bağlı çalışmalarımızı yenə də davam etdiririk”.

Məsələ ilə bağlı “QELEBE.AZ”un sorğusunu cavablandıran Beynəlxalq Aykido Federasiyasının prezidenti Vilko Vrismann da Bakıya məhz bu məqsədlə gəldiyini söyləyib: “Burada olmağımın səbəbi elə bu imkanı yaratmaqdır. Beynəlxalq Aykido Federasiyası olaraq nazirliklə görüşün mümkünlüyünü araşdırdıq, amma cavab almamışıq. Bu idman növü beynəlxalq standartlara cavab verir. Milli federasiya statusu yalnız beynəlxalq federasiyaya üzv olan təşkilatlara verilir. Azərbaycan Aykido Aikikai İctimai Birliyi də Beynəlxalq Aykido Federasiyasının tamhüquqlu üzvüdür”.

Qeyd edək ki, 2022-ci ilin martında Azərbaycan Aykido Federasiyasının statusu Gənclər və İdman Nazirliyi tərəfindən dayandırılıb.

Fərdi
Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Fərdi
Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Fərdi
Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Fərdi
Avropa çempionatı: Turan Bayramov yarımfinalda, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov yarımfinalda, digər 3-ü uduzub

Fərdi
Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Fərdi
Nodirbek Abdusattorov: "Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq"

Nodirbek Abdusattorov: "Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq"

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Fərdi
Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

Fərdi
Dünya rekordçusu karyerasını bərpa edir

Dünya rekordçusu karyerasını bərpa edir

Fərdi
Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Fərdi
Azərbaycan gimnastları Sofiyada qızıl medal qazanıb

Azərbaycan gimnastları Sofiyada qızıl medal qazanıb