Məşqçini vuran məşhur futbolçu beş oyunluq cəza alıb
Fransanın "Marsel" klubunun futbolçusu Dmitri Payetin cəzasının müddəti uzadılıb.
"Report" GFFN nəşrinə istinadən xəbər verir ki, buna 36 yaşlı yarımmüdafiəçinin "Lens"ə uduzduqları Liqa 1-in XXXIV tur matçında rəqibin məşqçisi Yannik Kauzakı şillə ilə vurması səbəb olub.
Payet beş oyunluq diskvalifikasiyaya məruz qalıb.
Qeyd edək ki, qarşılaşma "Marsel"in 1:2 hesablı məğlubiyyəti ilə bitib.

https://qalaba.az//uploads/photo/meshqchini-vuran-meshhur-futbolchu-besh-oyunluq-ceza-alib.webp











