Gürcüstana medal qazandıran azərbaycanlı: "DÇ-də finala çıxmaq da böyük uğurdur"

Gürcüstana medal qazandıran azərbaycanlı: "DÇ-də finala çıxmaq da böyük uğurdur"

"Finalda məğlub olsam da, çıxışımdan razı qaldım. Çünki dünya çempionatında finala çıxmaq belə, böyük uğurdur".

Bunu "QELEBE.AZ"a açıqlamasında Gürcüstana Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatında (DÇ) gümüş medal qazandıran azərbaycanlı boksçu Sahil Allahverdiyev deyib.

48 kq-da dünya ikincisi olan idmançı ən çətin döyüşünün finalda qazaxıstanlı Sanjar Taşkenbaya qarşı olduğunu bildirib: "Çox çalışsam da, qızıl medal qazana bilmədim. Amma buna görə təəssüflənmirəm. Gümüş medal da yaxşı nəticədir".

Ötən il "QELEBE.AZ"a müsahibəsində Azərbaycan millisində çıxış etmək istəmədiyini söyləyən Allahverdiyev eyni fikirdə qaldığını vurğulayıb: "Ölkəni dəyişsəm, 3 il Avropa və dünya çempionatlarında iştirak edə bilməyəcəyəm. Ona görə də bu barədə düşünmürəm".

Boksçu növbəti hədəfinin Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu qeyd edib.

Qeyd edək ki, Sahil Allahverdiyev 1999-cu ilin yanvarın 9-da Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində anadan olub. O, Avropa çempionu, dünya çempionatlarının gümüş və bürünc mükafatçısıdır. Həmçinin, "Minsk 2019" II Avropa Oyunları və 2018-ci ildə İspaniyada keçirilən Avropa Birliyi ölkələrinin boks üzrə çempionatında gümüş medallar qazanıb.

Fərdi
Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Fərdi
Abdulla Qədimbəyli: “Ən çətini son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”

Abdulla Qədimbəyli: “Ən çətini son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”

Fərdi
"Formula 1" üzrə Sinqapur Qran Prisinin start vaxtı bəlli olub

"Formula 1" üzrə Sinqapur Qran Prisinin start vaxtı bəlli olub

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

Fərdi
Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Fərdi
Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Fərdi
2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb

2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb

Fərdi
Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib

Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib

Fərdi
Maqnus Karlsen yenə dünya çempionu olub

Maqnus Karlsen yenə dünya çempionu olub

Fərdi
Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Fərdi
Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar