Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol çempionatı keçirilib

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol çempionatı keçirilib

Mayın 15-19-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun stadionunda Nazirliyin qurumları arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol çempionatı keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 23 komandasından 250-yə yaxın idmançı iştirak edib. Yarışı FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və yarışda iştirak edən komandaların təmsil etdikləri qurumların rəhbər şəxsləri izləyiblər. Çempionatın baş hakimi Elnur Muradov olub.

Əvvəlcə, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev vurğulayıb ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Ulu Öndər digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirib və bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük uğurlar qazanılıb.

Çıxışında ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətimizin və xalqımızın rifahı naminə gördüyü mühüm işlərdən bəhs edən F.Musayev, dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın həm də dünyada idman ölkəsi kimi tanındığını iftixar hissi ilə dilə gətirib.

Qeyd edək ki, çempionatda iştirak edən komandalar 4 qrupa bölünüb və 4 qrupdan 1-ci və 2 ci yerləri tutanlar növbəti tura vəsiqə qazanıb. 3-cü yer uğrunda keçirilən görüşdə Mülki müdafiə qoşunlarının komandası Gəncə Regional Mərkəzinin komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb. Finalda isə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandası ilə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası qarşılaşıb. Əsas vaxtda qalib müəyyənləşmədiyinə görə, penalti zərbələrindən qalib ayrılan DYMX-nın komandası çempionatın qızıl medalına yiyələnib.

Çempionatda ən yaxşı qapıçı Zaman Zamanov (FHN Akademiyası), ən çox qol vuran oyunçu Samir Nərimanlı (Sumqayıt RM), veteran oyunçu Ramin Quliyev (FHN Aparatı), əzmkar komanda isə Gəncə Regional Mərkəzinin komanadası olub.

Sonra qaliblərə kubok, medal və diplomlar təqdim olunub.

Futbol
PSJ-nin prezidenti dünya ulduzlarının iştirakı ilə oyun təşkil etmək istəyir

PSJ-nin prezidenti dünya ulduzlarının iştirakı ilə oyun təşkil etmək istəyir

Futbol
"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

Futbol
Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Futbol
“Qarabağ” UEFA reytinqində geriləyib

“Qarabağ” UEFA reytinqində geriləyib

Futbol
Qaret Beyl karyerasını bitirdiyini elan edib

Qaret Beyl karyerasını bitirdiyini elan edib

Futbol
“Qarabağ” rekordunu, “Zirə” antirekordunu təkrarlayıb

“Qarabağ” rekordunu, “Zirə” antirekordunu təkrarlayıb

Futbol
Azərbaycan millisinin hücumçusunun burnu sınıb: "Maska ilə oynamaq çətindir"

Azərbaycan millisinin hücumçusunun burnu sınıb: "Maska ilə oynamaq çətindir"

Futbol
Mesut Özil Azərbaycana dəstək olub

Mesut Özil Azərbaycana dəstək olub

Futbol
"Olimpiakos" yerli müdafiəçi ilə yollarını ayırıb

"Olimpiakos" yerli müdafiəçi ilə yollarını ayırıb

Futbol
“Beşiktaş” Niderland millisinin futbolçusu ilə müqaviləni ləğv edib

“Beşiktaş” Niderland millisinin futbolçusu ilə müqaviləni ləğv edib

Futbol
Millinin keçmiş kapitanı: “Yığma dəftərini bağlamışam”

Millinin keçmiş kapitanı: “Yığma dəftərini bağlamışam”

Futbol
Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub

Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub