"Qaçqınkom" məcburi köçkün şagirdlər arasında şahmat turniri keçirib

"Qaçqınkom" məcburi köçkün şagirdlər arasında şahmat turniri keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün şagirdlər arasında Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən şahmat turniri keçirilib.

Dövlət Komitəsindən "QELEBE.AZ"a bildirilib ki, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Bakıdakı 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunmuş turnirdə 100 nəfər məktəbli iştirak edib.

Turnirin açılış mərasimində diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev gənc nəslin təhsili ilə yanaşı mənəvi-fiziki və əqli inkişafına da daim qayğı göstərib. O, geniş zəka, məntiqi düşüncə, sağlam əhval-ruhiyyə tələb edən xüsusi idman növü kimi şahmatın ölkəmizdə kütləviliyinin təmin olunmasına mühüm töhfələr verib. Azərbaycanın zəngin şahmat ənənələrinin yaranmasında Ulu Öndərin müstəsna xidmətləri vardır. Həmin ənənələr əsasında respublikamızda adlı-sanlı şahmatçılar yetişib və hazırda da bu idman sahəsi hərtərfli dövlət qayğısı ilə əhatə olunub. Vaxtilə ərazisi işğal altında olmuş rayonlarımızın şahmat məktəbləri də məhz bu qayğı sayəsində öz fəaliyyətlərini fasiləsiz davam etdiriblər. Mərasimdə inamla bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramının icrası çərçivəsində yeni salınan yaşayış məntəqələrində şahmat məktəblərinin bərpa edilməsi uşaq və gənclərin bu xüsusi idman növü ilə daha fəal şəkildə məşğul olmasına imkan yaradacaqdır.

Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərin xatirəsinin ehtiramla yad edilməsindən sonra başlanan yarışda yeniyetmə şahmatçılar blits üslubunda qüvvələrini sınayıblar. Yeddi turdan sonra oğlanlar və qızlar arasında ilk 3 yerlərin qalibləri müəyyənləşib. Qaliblər hədiyyə və diplomla mükafatlandırılıblar. Turnirin bütün iştirakçılarına sertifikat təqdim edilib.

Tədbirdə Dövlət komitəsinin sədrinin müşaviri Nəsimi Nərimanov, Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev iştirak ediblər.

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Fərdi
Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

Fərdi
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatını medalsız başa vurub

Fərdi
Bakıda keçiriləcək güləş üzrə Dünya Kubokunun medalları hazırlanıb

Bakıda keçiriləcək güləş üzrə Dünya Kubokunun medalları hazırlanıb

Fərdi
Boks üzrə Azərbaycan yığmalarının Avropa birinciliyi üçün heyəti açıqlanıb

Boks üzrə Azərbaycan yığmalarının Avropa birinciliyi üçün heyəti açıqlanıb

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə daha 3 qələbə qazanıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə daha 3 qələbə qazanıb

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 8 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 8 medal qazanıb