Kamran Quliyev: “Gələn mövsüm tam başqa “Neftçi” olacaq”

Kamran Quliyev: “Gələn mövsüm tam başqa “Neftçi” olacaq”

“Əminəm ki, gələn mövsüm tam başqa “Neftçi” olacaq”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev yeni forma sponsoru ilə müqavilə imzalanma mərasimində jurnalistlərə açıqlamasında deyib.

Klub rəhbəri əsas komandanın nəticələrinə görə, azarkeşlərin narazılıqlarına da münasibət bildirib. O, növbəti mövsümlə bağlı da iddialı danışıb: “Narazılıqlar yersiz deyil, başa düşürük. Azarkeşlər komandadan uğurlu nəticə gözəyirlər. Ambisiyalı, ciddi Müşahidə Şuramız var. Hədəflərimiz həmişə böyük olub. Amma bunu gerçəkləşdirmək üçün imkanlar məhdud idi. İnanıram ki, sponsorun, Müşahidə Şurasının dəstəyi ilə gələn mövsüm tam fərqli olacağıq. Bunun üçün əsaslar da var”.

Funksioner baş məşqçi Laurentsiu Regekampfın komandadakı taleyinin Azərbaycan Kubokunun final oyununun nəticəsindən asılı olmadığını vurğulayıb.

O, rumıniyalı mütəxəssisə güvəndiklərini bildirib: “İnanmıram ki, ölkə kubokunun finalındakı nəticə Regekampfın buradakı taleyinə aydınlıq gətirsin. Düzdür, qərarı tək mən vermirəm. Amma Regeyə inamımız var”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümü üçüncü pillədə başa vuran “Neftçi” ölkə kubokunun finalında iyunun 3-də “Qəbələ” ilə qarşılaşacaq. Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Futbol
“Sevilya” baş məşqçisini istefaya göndərib

“Sevilya” baş məşqçisini istefaya göndərib

Futbol
"Şamaxı" komandası növbəti transferini gerçəkləşdirib

"Şamaxı" komandası növbəti transferini gerçəkləşdirib

Futbol
Çempionlar Liqası: "İnter" "Bavariya"nı, "Barselona" "Viktoriya"nı qəbul edəcək

Çempionlar Liqası: "İnter" "Bavariya"nı, "Barselona" "Viktoriya"nı qəbul edəcək

Futbol
Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a qalib gəlib

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a qalib gəlib

Futbol
Ronaldinyonun oğlu "Barselona"ya keçir

Ronaldinyonun oğlu "Barselona"ya keçir

Futbol
Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Futbol
Ozan Can Kökçü: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur"

Ozan Can Kökçü: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur"

Futbol
Ukraynalı futbolçu müharibəyə görə karyerasını dondurub

Ukraynalı futbolçu müharibəyə görə karyerasını dondurub

Futbol
Dəmiryolçular “Zəfər” kuboku uğrunda mübarizə aparır

Dəmiryolçular “Zəfər” kuboku uğrunda mübarizə aparır

Futbol
DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

Futbol
Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"

Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb