"Qəbələ"nin baş məşqçisi: "Neftçi" ilə oyunda tarix yaza bilərik"

"Qəbələ"nin baş məşqçisi: "Neftçi" ilə oyunda tarix yaza bilərik"

"Matçın əhəmiyyətini dərk edirik. Düşünürük ki, sabah tarix yaza bilərik".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis komandasına güvəndiyini bildirib: "Şanslar bərabərdir, finalda favorit olmur. Komandam məqsədə çatmağımız üçün hər şeyi edəcək".

Baş məşqçi finalın "Neftçi"nin meydanında keçirilməsinin görüşə təsir edəcəyinə inanmır: "Bu stadion bizə yad deyil. Əsl futbol atmosferi üçün çox yaxşı arenadır. Çempionatda istədiyimiz yeri tutduq. Kuboku da qazanmağa iddialıyıq. Sabah fərqli "Qəbələ" görəcəyimizə inanıram".

Baxşıyev kapitan Asif Məmmədovla yeni müqavilə imzalayacaqlarını söyləyib: "Asif komandanın kapitanıdır. Zədəli olsa da, daim bizimlədir. Komandada qalmasını istəyirik. Bu, bizim üçün çox vacibdir".

Təcrübəli mütəxəssis "Neftçi"nin büdcəsinin daha çox olmasının sabahkı matçda önəm daşımayacağını vurğulayıb: "Çempionatda da bizə inanan az idi. Az büdcə ilə məqsədimizə çatdıq. Büdcə elə də önəm daşımır. Hansı komanda xarakter göstərəcəksə, məqsədinə çatacaq".

Qeyd edək ki, iyunun 3-də oynanılacaq "Neftçi" - "Qəbələ" matçı saat 20:00-da start götürəcək.

Futbol
"Frayburq"un futbolçusu sifətindən ağır zədə alıb

"Frayburq"un futbolçusu sifətindən ağır zədə alıb

Futbol
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Lids"i məğlub edib

İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Lids"i məğlub edib

Futbol
Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"

Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Futbol
Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Futbol
Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Futbol
Fransa klubunun hücumçusu Mbappenin nailiyyətini təkrarlayıb

Fransa klubunun hücumçusu Mbappenin nailiyyətini təkrarlayıb

Futbol
“Qarabağ”ın futbolçusu: “Neftçi” ilə derbi əvvəlki oyunumuzu nümayiş etdirmək üçün fürsətdir”

“Qarabağ”ın futbolçusu: “Neftçi” ilə derbi əvvəlki oyunumuzu nümayiş etdirmək üçün fürsətdir”

Futbol
“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" - "Zirə" matçının hakimləri açıqlanıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" - "Zirə" matçının hakimləri açıqlanıb

Futbol
Messi və Ronaldo ilə görüş üçün biletə 2,66 milyon dollar təklif olunub

Messi və Ronaldo ilə görüş üçün biletə 2,66 milyon dollar təklif olunub

Futbol
FIFA Serbiya milli komandasını cəzalandırıb

FIFA Serbiya milli komandasını cəzalandırıb