Azər Məmmədov: "Bu şərəfli işi mənə həvalə etdiyi üçün klub rəhbərliyinə minnətdaram"

Azər Məmmədov: "Bu şərəfli işi mənə həvalə etdiyi üçün klub rəhbərliyinə minnətdaram"

"Bu məsuliyyətli və şərəfli işi mənə həvalə etdiyi üçün klub rəhbərliyinə təşəkkür edirəm".

"QELEBE.AZ"un Qərb bürosunun məlumatına görə, bunu "Kəpəz"in yeni baş məşqçisi Azər Məmmədov təqdimat mərasimində jurnalistlərə açıqlamasında deyib.

47 yaşlı mütəxəssis ümidləri doğruldacağına inamını ifadə edib: "Kəpəz"in tarixi, adı var. Gəncə futboluna da məhz iddialı komanda yaraşır. İşlərimizi sağlam və şəffaf şəkildə görəcəyik. Çalışacağıq ki, ən yaxşısını edək".

O, komandanın büdcəyə uyğun formalaşdırılacağını söyləyib: "Biz də daha səviyyəli futbolçuların alınmasını istərdik. İnanırıq ki, "Kəpəz"ə sponsorluq etmək istəyən gəncəlilər tapılacaq. Özü getmək istəyən futbolçuları saxlamağa ehtiyac yoxdur. Biri də var ki, kimlərəsə artıq pul təklif olunur, onlar da bundan istifadə edirlər. Düzdür, yaxşı futbolçuların gedişinə təəssüflənirik. Amma həyatın sonu deyil. Gedənlərin yerlərini dolduracağıq. Bu mövsüm mümkün qədər yuxarı pillələri tutmağa çalışacağıq".

Məmmədovun sözlərinə görə, komandada hər mövqeyə oyunçu lazımdır: "Danışıq apardığımız futbolçular var. Əlimizdəki büdcə ilə mehriban və mübariz kollektiv yaratmağa çalışacağıq. Gəncə elə şəhərdir ki, burada futbolçu öz-özünə yetişir. Sadəcə, şəhər futbolda bir neçə il itirdiyi üçün müəyyən boşluqlar yaranıb. Ötən mövsüm "Kəpəz"dən ayrılan gəncəli oyunçuları qaytarmağa çalışacağıq".

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" əla komandadır"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" əla komandadır"

Futbol
Azərbaycan Yüksək Liqasında yeni mövsümün püşkü atılıb

Azərbaycan Yüksək Liqasında yeni mövsümün püşkü atılıb

Futbol
Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiakos"la qarşılaşacaq

Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiakos"la qarşılaşacaq

Futbol
"Araz Naxçıvan" 5 oyunçusu ilə vidalaşıb

"Araz Naxçıvan" 5 oyunçusu ilə vidalaşıb

Futbol
Ronaldu: “Mançester Yunayted” mənə xəyanət etdi”

Ronaldu: “Mançester Yunayted” mənə xəyanət etdi”

Futbol
Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Futbol
“Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb

“Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb

Futbol
Dünya çempionatının təqvimi

Dünya çempionatının təqvimi

Futbol
Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

Futbol
Felipe Santos: “Qarabağ”la oyunlarda gücümüzü göstərdik” - MÜSAHİBƏ

Felipe Santos: “Qarabağ”la oyunlarda gücümüzü göstərdik” - MÜSAHİBƏ

Futbol
“Real”da əcnəbi futbolçu qalmayıb

“Real”da əcnəbi futbolçu qalmayıb

Futbol
Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb