Dmitri Kruqlov: “Estoniya Bakıda qalib gələcək” - MÜSAHİBƏ

Dmitri Kruqlov: “Estoniya Bakıda qalib gələcək” - MÜSAHİBƏ

“Neftçi”, “İnter”(indiki “Şamaxı”) və “Rəvan”ın sabiq estoniyalı futbolçusu Dmitri Kruqlovun apasport.az saytına müsahibəsi

- AVRO-2024-ün seçmə mərhələsində Estoniya millisinin növbəti matçı Azərbaycana qarşı olacaq. Bakıdakı görüşdən gözləntiniz nədir?

- Estoniya yığması üçün asan oyun olmayacaq. Hətta çətin görüş alınacağını da demək mümkündür. Burada hava şəraiti də var. Üstəlik, yerli publikanın Azərbaycan millisinə dəstəyini də qeyd etmək olar. Ən əsası isə Estoniya millisinin heyətlə bağlı problemlərinin olmasıdır. Bütün bunları nəzərə alsaq, Azərbaycanla görüşün Estoniya üçün çətin keçəcəyini söyləməyə əsas verir.

- Azərbaycan millisi ilk iki oyunda Avstriya və İsveçə uduzduğundan tənqidlər oldu. Estoniya görüşü demək olar ki, həmin tənqidlərin səngiməsi üçün göydəndüşmədir. Bu səbəbdən Azərbaycanın təzyiq altında, Estoniyanın daha rahat olacağını fikirləşmək olar?

- Bu barədə bir şey deyə bilmərəm. Dediklərinizin Estoniya üçün üstünlük, yoxsa mənfi hal olduğunu oyun göstərəcək. Futbolda hər şey ola bilər.

- Sizcə, Estoniya Bakıda xal qazana bilər?

- Ümid edirəm ki, millimiz Bakıda qalib gələcək.

- İsveçli Tomas Heberlinin baş məşqçi postuna gəlişindən sonra komandanızda hər şeyin yaxşı olduğunu demək olar?

- Heberlinin gəlişindən sonra millimiz üçün daha uyğun taktiki sxemin seçilməsi vaxt aldı. Həm də, futbolçuların baş məşqçidən nə istədiyini anlaması üçün də zamana ehtiyac var idi. Hər halda, görürəm ki, komandamız indi pis oynamır. Təbii ki, güclü futbolçular sağlam və formada olanda, hər şey yaxşı alınır. Nəzakətsiz olmaq istəmirəm. Ona görə də, əvvəlki və indiki nəsli müqayisə etməyəcəyəm.

- Estoniya millisinin heyətində ölkə xaricində legioner həyatı yaşayanlar daha çoxdur. Azərbaycanda isə əksinədir. Bu, həlledici məqam ola bilər?

- Təbii ki, futbolçuların hansı liqada oynaması, məşq etməsi önəmlidir. Hazırlığın səviyyəsi və intensivliyi beynəlxalq görüşlərdə önəmli rol oynayır. Lakin hər oyun fərqlidir və hər şey baş verə bilər.

- Qrupdan çıxmaq Estoniya, yoxsa Azərbaycan üçün daha realdır?

- Millimizin qrupdan çıxa biləcəyinə inanmaq istəyərdim. Lakin düzünü desəm, bu, olduqca çətin görünür. Ona görə də, indidən bu haqda nəsə demək asan deyil.

- Azərbaycan – Estoniya matçını izləmək üçün Bakıya gələcəksən?

- Bakıya gəlməyə qarşı olmazdım. Amma düşünürəm ki, bu dəfə alınmayacaq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

Futbol
Edinson Kavaninin yeni klubu müəyyənləşib

Edinson Kavaninin yeni klubu müəyyənləşib

Futbol
İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

Futbol
"Qarabağ"ın maraqlandığı hücumçu Rusiya klubuna keçib

"Qarabağ"ın maraqlandığı hücumçu Rusiya klubuna keçib

Futbol
Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşib

Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşib

Futbol
DÇ-2022: İran Uelsi məğlub edib

DÇ-2022: İran Uelsi məğlub edib

Futbol
PFL mövsümün Gəncədəki ilk oyunu ilə bağlı reportaj hazırlayıb

PFL mövsümün Gəncədəki ilk oyunu ilə bağlı reportaj hazırlayıb

Futbol
Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Futbol
“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

Futbol
"Olimpiakos"un futbolçusu "Qarabağ"la oyundan sonra azarkeşləri söyüb

"Olimpiakos"un futbolçusu "Qarabağ"la oyundan sonra azarkeşləri söyüb

Futbol
“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

Futbol
İsgəndər Cavadov: "Millimizin seçmə mərhələdə heç bir şansı yoxdur"

İsgəndər Cavadov: "Millimizin seçmə mərhələdə heç bir şansı yoxdur"

Futbol
"Hayduk"un baş məşqçisi: "Qəbələ" ilə matça ciddi yanaşırıq"

"Hayduk"un baş məşqçisi: "Qəbələ" ilə matça ciddi yanaşırıq"