Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirəcək.
"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sınaq matçında rəqib Premyer Liqada çıxış edən “Şamaxı” olacaq.
Sentyabrın 24-də Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 19:00-da başlayacaq.
Bundan əlavə, U-21-in hazırlıq prossesinə daha bir futbolçu cəlb olunub. "Səbail" klubunun üzvü Samir Abdullayev düşərgəyə qoşulub.

https://qalaba.az//uploads/photo/azerbaycanin-u-21-yigmasi-premyer-liqa-klubu-ile-qarshilashacaq.webp











