İki boksçumuz dünya kubokunun finalında
Noyabrın 28-də Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə Dünya kubokunun final mərhələsi start götürəcək.
Apasport.az xəbər verir ki, 6 gün davam edəcək yarışda Azərbaycan millisi 2 idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Ravşan Xocayev və məşqçi Etibar Abdullayevin rəhbərliyi altında rinqə Nəbi İsgəndərovla (70 kq) Məhəmməd Abdullayev (+90 kq) çıxacaqlar.
World Boxing-in 2026-cı il üzrə təşkil etdiyi üçmərhələli Kubok seriyasının həlledici yarışında hər çəki dərəcəsində 8 boksçu mübarizə aparacaq. Onlardan biri ev sahibi Özbəkistanın kvotası ilə, digər 7-si isə Braziliya və Çində keçirilmiş əvvəlki mərhələlərin nəticələrinə əsasən müəyyənləşdirilib.
Qeyd edək ki, boksçularımız Dünya kubokundan öncə Daşkənddə 12 günlük beynəlxalq təlim-məşq toplaşına qatılıb.

https://qalaba.az//uploads/photo/iki-bokschumuz-dunya-kubokunun-finalinda.webp