İmaməddin Xəlilov Astanada bürünc medal qazanıb
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K44, 70 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Qran-Pri Finalında bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, paralimpiyaçımız 1/4 final mərhələsində qazaxıstanlı Askar Dinmukhammedi məğlub edib.
O, yarımfinalda meksikalı Juan Dueqo Qarsia Lopezə uduzub.
Üçüncü yer uğrunda görüşdə braziliyalı rəqibi Valter Sedano Delfino de Oliveyra döyüşə çıxmadığından İmaməddin Xəlilov bürünc mükafat qazanıb.

https://qalaba.az//uploads/photo/imameddin-xelilov-astanada-burunc-medal-qazanib.webp