“Sabah” Mərakeş millisinin futbolçusunu istəyir

“Sabah” Mərakeş millisinin futbolçusu Sofian Çaklanı transfer etmək istəyir.

“Report”un İspaniya “estadiodeportivo” saytına istinadən məlumatına görə, Azərbaycan təmsilçisi 30 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün İspaniya klubu “Ponferradina” ilə danışıqlara başlayıb.

Ucaboy oyunçunun “Ponferradina” ilə sözləşməsi 2024-cü ilin yayına qədər olduğundan, klubu onu pulsuz yola salmaq fikrində deyil. “Sabah” rəhbərliyi də futbolçunun sərbəst qalma məbləğini ödəməyə hazırdır.

Çakla hətta Bakı klubuna keçmək üçün İspaniyanın II liqa komandalarından gələn təklifləri rədd edib. Onun “Vilyarreal”dan sonra bu dəfə “Sabah”ın heyətində avrokuboklarda çıxış etməsi gözlənilir.

“Sabah” 2023/2024 mövsümündə UEFA Konfrans Liqasında mübarizə aparacaq. Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı II təsnifat mərhələsindən yarışa qoşulacaq.

Qeyd edək ki, Sofian Çakla karyerası ərzində İspaniyanın “Malaqa”, “Almeriya” və “Xetafe” kimi klublarının da formasını geyinib.

Futbol
Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm""

Kadi Borges: “Azərbaycanda yaşadıqlarım həyatımın ən çılğın və ən gözəl anlarından biri idi”

APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir

Türkiyə Super Liqasının oyunundan sonra Balotelli ilə bağlı qalmaqal baş verib

DÇ-2022: Qana yığması Qətərə formasız gəlib

Keçmiş həyat yoldaşı Regekampfın "Neftçi"dən qovulmasını xahiş edib

UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Argentinada bir matçda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

"Bavariya" DÇ-2022-də zədələnən futbolçunun müqaviləsini uzadır