Bundesliqa: Bremendə qalib müəyyənləşmədi
Almaniya Bundesliqasında XI tura start verilib.
QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Verder" (Bremen) öz meydanında "Borussiya" (Münhenqladbax) ilə üz-üzə gəlib.
6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, "Verder" hazırda 19 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Aktivində 5 xalı olan "Borussiya" isə sonuncu - 18-ci sıradadır.

https://qalaba.az//uploads/photo/bundesliqa-bremende-qalib-mueyyenleshmedi.webp